Biləcəridə nəhəng keçidin şüşəsi sındı - Ölüm saçan görüntü - FOTOLAR

485 dəfə oxunub
Biləcəridə nəhəng keçidin şüşəsi sındı - Ölüm saçan görüntü - FOTOLAR
Sumqayıt şosesinin Biləcəri yaxınlığında yerləşən piyada keçidi insanların həyatı üçün təhlükə yaradır.
 
Faktor.az xəbər verir ki, bu barədə redaksiyamıza yerli sakinlər şikayət edib. Sakinlər bildirir ki, artıq uzun müddətdir ki, yolun üzərində yerləşən bu keçidin şüşələrindən biri sınıb:
 
"Uşaqla ordan keçmək çox təhlükəlidir. Gecə düşəndə isə təhlükə daha da artır. İnsanların həyatına niyə bu qədər məsuliyyətsiz yanaşırlar axı? şikayət edirik, lakin bizi dinləyən olmur". 
 
Məsələ ilə bağlı  “Azəryolservis” ASC ilə əlaqə yaratmağa çalışdıq, lakin telefonları açan olmadı.
1
1
1
1
1



Redaktorun seçimi