Dağlıq Qarabağdan kənardakı İŞĞAL - Daha hansı kəndlərimiz düşmən nəzarətindədir? ADBAAD - VİDEO

3276 dəfə oxunub
Dağlıq Qarabağdan kənardakı İŞĞAL - Daha hansı kəndlərimiz düşmən nəzarətindədir? ADBAAD - VİDEO

Xəbər verdiyimiz kimi Azərbaycan Ordusu əvvəlcə Xunut' dağı və Ağbulaq' yüksəkliyini, daha sonra isə strateji əhəmiyyətli Qızılqaya yüksəkliyini və Mehridağı işğaldan azad edib. Nəticədə, 1992-ci ilin mayından erməni ordusunun nəzarətində olan Günnüt kəndi tamamilə işğaldan azad olunub. Habelə Günnüt kəndi ilə birlikdə 11 min hektara yaxın ərazi ordumuzun nəzarəti altına keçib. Bununla da, Azərbaycan Ordusu Qızılqaya yüksəkliyindən qədim Azərbaycan torpaqları olan Dərələyəz mahalının Arpa kəndini (ermənilər kəndin adını "Areni'' olaraq dəyişdirib) və İrəvan-Gorus-Laçın yolunu artıq nəzarətdə saxlaya bilir. Ərazinin etibarlı müdafiəsi və təminatı məqsədi ilə ordumuzun tutduğu yeni mövqelərə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Daha ətraflı faktor tv-də izləyə bilərsiniz



Redaktorun seçimi