Ordumuz düşmənə zərbə üstünə zərbə endirir - VİDEO

8595 dəfə oxunub
Ordumuz düşmənə zərbə üstünə zərbə endirir - VİDEO

Ötən həftə Azərbaycan ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi bu günlərin əsas hadisəsi oldu. Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən ölkəmiz adına çox böyük strateji əhəmiyyət kəsb edir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu hadisəni axar.az-a şərh edərkən bir sıra diqqətçəkən məqamlara toxunub: “Azərbaycanın ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı. Son iki ayda aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edirdi. Çox ciddi döyüşlər nəticəsində Azərbaycan tərəfindən cəmi bir itki oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi