Ordumuz Zəngilan, Qubadlı və Laçına yolu açdı - Paşinyan rəzil oldu - VİDEO

32292 dəfə oxunub
Ordumuz Zəngilan, Qubadlı və Laçına yolu açdı - Paşinyan rəzil oldu - VİDEO
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib.
 
Faktor.az xəbər verir ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.
 
Bu qələbə ilə Azərbaycanın həm də Zəngilan, Qubadlı və Laçına gedən yolu açıldı. Günnütdə uğurla həyata keçirilən əməliyyatlar göstərdi ki, artıq Qarabağ ərazisində də Azərbaycan ordusunun ayaq səsləri eşidilməlidir. Bunun üçün əsl vaxtdır və lazımı şərait yetişib.
 
Banu//Faktor.az



Redaktorun seçimi