38 saylı bağçada 300 azn rüşvət istədilər - ŞOK FAKTLAR - VİDEO

1596 dəfə oxunub
38 saylı bağçada 300 azn rüşvət istədilər - ŞOK FAKTLAR - VİDEO
Azərbaycan xalqı rüşvət almağa yox, verməyə meyilli xalqdır. Niyə? Ona görə ki, biz haqqımız olanı bilirik, amma o qədər tənbəlik ki, hüququmuzu müdafiə etmək üçün əziyyətə qatlanmaq yerinə "şirinlik"lə işi asan yoldan həll edirik.
 
Bu problem hər sahədə özünü göstərir və artıq "şirinlik" söhbəti aylıq xidmət haqqını əvəz edir.
 
Bu cür halların yaşandığı dövlət müəssisələrindən biri Uşaq bağçalarıdır. Dövlətimiz bizim üçün şərait yaradıb ki, biz uşaqlarımızı dövlət bağçalarına ödəniş etmədən qoyaq.
 
Lakin bu yalnız yazılı olaraq qalır. Valdeyinlər praktikanın nə cür olduğunu çox yaxşı bilir.
 
Faktor.az bu məsələni dəqiqləşdirmək üçün uşaq bağçalarından birinə müraciət etdi. Müxbirimiz Nizami rayonunda yerləşən 36 saylı uşaq bağçasına yollandı. 3 yaşlı uşağını bağçaya yazdırmaq üçün qaydalarla tanış oldu.
 
Uşağınızı bağçaya yazdırmaq üçün ilk öncə 300 Azn ödəniş etməlisiniz. Daha sonra hər ay 30 Azn bağçaya, 30 Azn isə orda çalışan qadınlara ödəmək lazımdır. 
 
Bu qanunlar dövlətimizin konustitusiyasında yoxdur. Bağça müdirlərinin qanunda isə var. 
 
Faktor.az saytına bu barədə açıqlama verən Kamran Əsədov bildirib ki, dövlət təhsil müəssiələrinə 135 milyon Azn vəsait ayırıb və müdirlərin pul tələb etməsi tamamilə qanunsuzluqdur:
 
"Azərbaycan Respublikasının konustitusiyasına, təhsil haqda qanuna, məktəbə qədər təhsil haqda qanuna görə dövlət təhsil müəssisələrində təhsil icbari və pulsuzdur. Konusitutisiyada göstərilib ki, hər kəsin təhsil almaq hüququ var.
 
Bu digər qanunvericilik aktlarında da öz əksini tapıb. Bu il qəbul edilən qanunda məktəbəqədər təhsil haqda qanuna görə 1 yaşdan yuxarı uşaqlar körpələr evinə, 3 yaşı tamam olanlar isə məktəbəqədər təhsil müəssisələrinə yəni, uşaq bağçalarına birmənalı şəkildə heç bir ödəniş etmədən getməlidir. Lakin reallıq necədir?
 
Hazırda Bakı şəhərində 317 ədəd uşaq bağçası fəaliyyət göstərir. Həmin bağçaların direktorları valideyinlərdən 200-300 Azn almadan uşaqların qəbulunu həyata keçirmir. Ödəniş etmək istəməyənlər üçün bəhanələri də budur ki, yer yoxdur. Amma ödəniş olunduqdan sonra necə olursa, bir boş yer tapılır. Bu problem nə zaman yarandı?
 
2011-ci ildən etibarən bağçalar Təhsil Nazirliyindən ayrılıb İcra Hakimiyyətlərinə verildi. Bundan sonra da bağçalarda təhsilin, tədrisin keyfiyyəti kənarda qaldı. Burda qidalanma aşağı səviyyədədir. Dövlət bağçalarında valideynlərdən qəbul zamanı ödəniş alına bilməz.
 
Şagird ay ərzində orada təhsil aldığı üçün müəllim, rəhbərlik və ya xidmətçi ondan heç  bir zəhmət haqqı tələb edə bilməz. Dövlət onlara əmək haqqı ödəyir. Əgər müraciət edən şəxs həmin bağçanın yerləşdiyi rayona daxildirsə, bağçanın rəhbərliyi  həmin uşağı məktəbəqədər təhsil müəssisəsinə cəlb etməyə borcludur. Yəni, əgər siz sübut etsəniz ki, bağçanın yerləşdiyi ərazidə qeydiyyatdasınız. O zaman sizdən heç bir tələb olmadan həmin təhsil müəssisəinə qəbulunuz həyata keçirilməlidir.
 
Dövlət tərəfindən təmir, bərpa,  infrastruktur həyata keçirilir. Qidalanma üçün adambaşına maliyyələşmə tətbiq olunur. Pulu yalnız özəl müəssisələr istəyə bilər. 2018-ci ildə məktəbəqədər təhsil müəssisələri üçün 135 milyon manat vəsait ayrılıb. Bu adi rəqəm deyil. Afrikanın 14 ölkəsinin ümumi büdcəsindən 5 dəfə çoxdur". 
 
Lalə Niftaliyeva
 



Redaktorun seçimi