Ermənilər biryaşlı qızımızı gözümüzün qabağında güllələdilər - VİDEO

Hit: 2997
Ermənilər biryaşlı qızımızı gözümüzün qabağında güllələdilər - VİDEO

Sadəcə 30 saniyəlik  gözlərini qapat... Bir ana düşün... sevinclə qucağına aldığı övladına sadəcə 18 ay layla deyə bilən bir ana. Körpəsi isti qucağından alınıb soyuq məzara verilən ana... Əlində qanlar içində yatan övladının şəklini tutub sadəcə gedişini seyr edən bir ana...

İllərdir davam edən savaş bizdən çox şey  qopardı.  Vətən uğrundə oğullarımız, qızlarımız şəhid oldu, canlar yandı. Ən çox da günahsız qurbanlar sızlatdı qəlbimizi. Qocalar, körpələr...

Leylanı xatırlayırsınızmı? Ermənilərin Xocalda öldürdüyü  göy gödəkçəli, qırmızı şalvarlı 4 yaşlı leyla...

Və həmin illərin neşə neçə körpə qurbanları. Nə təəsüf ki, təkrarlanan tarix yenə bir körpənin canını aldı.

2017-ci il 4 iyun... 18 aylıq Zəhra Quliyeva...

Onun danışılası uzun həyat hekayəsi yoxdu, haqqında söylənəcək çox cümlə yoxdu... Yolun başlanğıcından sonuna gələn kiçik səfəri, dünyaya qonaq kimi addım atan kiçik qədəmləri.  Ailəsinin yaddaşında qalan acı dadan şirin xatirələri. Bundan ibarətdi Zəhranın hekayəsi...

Ancaq geridə qoyduqlarını ne bir kitaba, nə də dünyaya sığdırmaq olmaz. Təkcə Azərbaycanın deyil, dünyanın qəlbində yara açdı o körpə.

Dünyada hər kəs ayağa qalxdı, əlində zəhranın qanlar içində yatan şəkilləri. Beynəlxalq təşkilatlarda etirazlar yüksəldi. Zəhra hər kəsin yaddaşında silinməz iz qoydu.

Ancaq bütün bunlar yetirmi o körpəni geri qaytarmağa? Yetirmi onun qığıltısnı ailsənin hafizəsindən silməyə? Zəhranın boş qalan beşiyinə baxan atasına, anasına təsəlli edirmi bütün bunlar.

Cavabı o insanların gözündə, üzündə silinməz izzlərlə həkk olunub.

İndi Fizulinin Ağxanlı kəndində kiçik bir məzar ucalır. Günahkar kimi böynunu büküb qərənfillər Zəhranın məzarı üstündə. Oyuncaqları, gəlincikləri qəmgindir... Axı onların zəhrası torpaq altında qalıb. Bir də heç vaxt bu yollarda qaçmayacaq, bu oyuncaqlarla oynamaycaq. Məktəbə getməyəcək, dərs oxuyarkən görməyəcək onu valideyinləri heç vaxt. Universitetə qəbul olmayacaq, ağ gəlinlikdə gəlin köçməyəcək. Çünki zəhra 18 aylıq bir ömür sürdü. Erməni vəhşiliyinin nəticəsində o ağ kəfəndə, atasının qolları üstündə son mənzilə getdi...

İndi ailəyə qalan isə zəhranın fotoşəkilləri, qırıq xatirələri və onun ilk addımları əks etdirən bu qısa görüntüləri...

Uşaqlar mələk kimi məsum və günahsızdir. İndi Zəhra mələk olub cənnətdən ailəsini, nakam getdiyi dünyanı izliyir. Onun qanının yerdə qalmadığı, bir daha günahsız qurbanların olmadığı, uşaqların öldürülmədiyi və ədalətin höküm sürdüyü bir dünyanı görməyi diləyir.

Rahat  uyu Zəhra, nə sənin, nə də sənin kimi mələklərin qanı yerdə qalmayacaq.

Pərvin Abgül

Bəşir Əli//Faktor.az

 









Redaktorun seçimi