SON AN: Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

Hit: 3958
SON AN: Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

Yeni Zelandiyanın nəqliyyat naziri Fil Tuayford qaydaları pozaraq təyyarədə olduğu vaxt telefon zəngi etdiyi üçün tutduğu vəzifədən istefa verib.

Virtualaz.org “New Zealand Herald” nəşrinə istinadən xəbər verir ki, təyyarə uçuşa hazırlaşdığı vaxt nazir Tuayford mülki aviasiya qaydalarının ziddinə olaraq telefonla zəng edib.

“Bu, heç kimə yaraşan hal deyil, ələlxüsus da bir ölkənin nazirinə. Üzr istəyirəm”, bunu deyən nəqliyyat naziri vəzifəsindən istefa verdiyini əlavə edib.

Ölkənin baş naziri Casinda Ardern istefa ərizəsini qəbul etməyib, lakin mülki aviasiya məsələlərinə nəzarətin bundan sonra nəqliyyat nazirinin özünün deyil, müavini Culi Enn Center tərəfindən həyata keçiriləcəyini bildirib.









Redaktorun seçimi