"Hədəf"in 700 bal yığan qızı - "Beyin cərrahı olacağam"

Hit: 5149
"Hədəf"in 700 bal yığan qızı - "Beyin cərrahı olacağam"
Mayın 20-si 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
 
Artıq imtahan suallarının cavabı məlum olub.
 
Qeyd edək ki, Hədəf tədris" mərkəzinin abituriyenti Rəna Əliyeva 700 bal yığaraq, IV qrup üzrə maksimum nəticə göstərib.
Faktor.az saytına sevincini bölüşən Rəna Əliyevanın valideyni bildirib ki, bu nəticəni göstərməsinə səbəb "Hədəf" tədris mərkəzi, xüsusən onun rəhəri tanlnmış ziyalı Şəmil Sadiqin və təhsil aldığı məktəb olub:
 
"Rəna dərslərini hər zaman yaxşı oxuyub. İndiyə kimi heç vaxt "4" almayıb. Dünya Qızlar olimpiyadasında iştirak edib. Kiçik yaşlarından onu hər zaman stol arxasında görmüşük. O bir dəfə də olsun televizora baxmayıb. Bizimlə nə toya, nə də şənliklərə getməyib. Daim dərslərini çalışıb. Ona deyəndə ki, əziyyətin yerdə qalmayıb. Deyir ki, "Ana, mənə elə deməyin, bu, mənim üçün əziyyət deyil. Sevdiyim bir şeydir. Fizika - Riyaziyyat təmayüllü liseydə oxuyub. O məktəbdən çox razıyam. Qızım 10-cu sinifdən "Hədəf" tədris kurslarına gedir. Orda da şansı gətirdi ki, çox yaxşı və savadlı müəllimlərə rast gəldi. Çox adamın həyatında olmayan bir şey Rənaya qismət olub ki, orda da yaxşı müəllimlərlə rastlaşıb". 
Rəna isə gələcəkdə beyin cərrahı olacağını və Azərbaycan səhiyyəsinə töhfələr verəcəyini deyib:
 
"10-cu sinifdən "Hədəf" tədris mərkəzində qəbul imtahanına hazırlaşmağa başladım. Onların sayəsində sınaq imtahanlarında 600-dən aşağı bal toplamamışam. Müəllimlərim 700 bal yığacağıma inanırdı. Təhsilimi Almaniyada davam etdirəcəm. Lakin ilk olaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmağı planlayıram. Arzum beyin cərrahı olmaqdır. Almaniyada təhsil alıb ölkəmizə qayıtmaq və burada Azərbaycan səhiyyəsinin inkişafına töhfə vermək istəyirəm". 
 
Lalə //Faktor.az








Redaktorun seçimi