Müharibə, yoxsa sülh? - Saatlar sonra QƏRAR VERİLƏCƏK: hamının gözü 17:00-a DİKİLDİ

5296 dəfə oxunub
Müharibə, yoxsa sülh? - Saatlar sonra QƏRAR VERİLƏCƏK: hamının gözü 17:00-a DİKİLDİ

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Bakı vaxtı ilə saat 17:00-da ABŞ-ın İranla bağlı yeni strategiyasını açıqlayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamentindən verilən açıqlamaya görə, yeni strategiyada ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İranla bağlı həyata keçiriləcək “Yol xəritəsi” yer alıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İranla imzalanan nüvə sazişindən çəkildiklərini açıqlayıb. O, iddia edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə almır.


loading...
loading...

Redaktorun seçimi