SON DƏQİQƏ: Şəhid əsgərə görə Müdafiə nazirliyi xəbər yaydı - "Erməni nazirlər orda..."

Hit: 7010
SON DƏQİQƏ: Şəhid əsgərə görə Müdafiə nazirliyi xəbər yaydı - "Erməni nazirlər orda..."
Azərbaycanın müdafiə nazirliyi Ermənistanın sərhəd xəttində mühəndis işləri aparması barədə bəyanatına münasibət bildirib.

Faktor.az  xəbər verir ki, nazirlik bu bəyanatı əsassız və məsuliyyətsiz adlandırıb.

Qeyd edək ki, dünən 20 may tarixində Ermənistan-Naxçıvan sərhədində ordumuz şəhid verib. Qarşı tərəfin təxribatı nəticəsində döyüş tapşırığını yerinə yetirən ordumuzun əskəri şəhid olub.

Rəsmi bakı insidenti Ermənistanın XİN rəhbəri və müdafiə nazirinin səfəri ilə əlaqələndirib. Yerevanın gülünc və sərsəm bəyanatında bildirilir ki, sərhəd xəttində mühəndis işlərinin aktivləşdirilməsi atışmalara, eyni zamanda insan ölümünə səbəb olur.

"Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və ört-basdır etmək məqsədi güdür”, - deyə nazirliyin bəyanatında deyilir.

Eyni zamanda nazirlikdən bildiriblər ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar.









Redaktorun seçimi