İlham Əliyev və Mehriban Əliyevanın ÇOX az gördüyünüz - toy FOTOLARI

Hit: 6382
İlham Əliyev və Mehriban Əliyevanın ÇOX az gördüyünüz - toy  FOTOLARI

Cütlüyün üç övladı və üç nəvəsi var.

Bu gün 50 illik yubileyini qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın toy fotoları yayılıb.

 Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Azərbaycanın hazırki prezidenti İlham Əliyevlə 1983-cü ildə ailə qurub. Cütlüyün üç övladı və üç nəvəsi var.

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

 

 

 

 
 
 








Redaktorun seçimi