Tanınmış tərçüməçi Mehriban Əliyevadan kömək istəyir - “Nə işim var, nə də evim”

914 dəfə oxunub
Tanınmış tərçüməçi Mehriban Əliyevadan kömək istəyir - “Nə işim var, nə də evim”

Tərçüməçi-yazar Sevil Gültən Faktor.az-a məktub göndərib və məktubunun işıqlandırılmasını xahiş edib. O, məktubunda Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri

Əli Həsənova müraciət edib.

S.Gültənin xahişini nəzərə alıb məktubunu olduğu kimi təqdim edirik.

“Hörmətli Mehriban xanım!

Hörmətli Əli Həsənov!

Mən 1984-cü ildə hazırkı Dillər universitetinin ingilis dili fakültəsini əla qiymətlərlə bitirmişəm. Hələ tələbə vaxtlarımdan bədii tərcümə ilə məşğul olmuşam. Tələbə vaxtı tərcümə etdiyim bir hekayəni rəhmətlik  İsmixan Rəhimov məndən xəbərsiz “Dünya” tərcümə almanaxında çap etdirmişdi.

Orta məktəbdə oxuduğum vaxtlardan yaradıcılıqla məşğulam. 3 şeir kitabım, bir esselər kitabım çap olunub. Respublikanın müxtəlif qəzet və jurnallarında şeirlərim, tərcümələrim, məqalələrim  çap olunub.

20 ilə yaxındır ki,  sırf tərcümə ilə məşğulam. Tərcümə etdiyim əsərlərin siyahısını məktubuma əlavə edəcəm.  Tərcümə etdiyim neçə kitabların adını unutduğum üçün siyahıya yazmamışam.” Kaspi” qəzetində çap olunan tərcümə hekayələri kitab halnda çap etdirsəm 10 kitab edər.

Müxtəlif xarici dillərdən azərbaycan dilinə bədii tərcümələr edən tərcüməçilər çoxdur, ancaq ana dilimizdən xarici dillərə tərcümə edə bilən tərcüməçiləri barmaqla saymaq olar. Mən həm ingilis dilindən azərbaycan dilinə, həm də azərbaycan dilindən ingilis dilinə tərcümə edirəm. İngilis dilinə tərcümə etdiyim kitablar Amerikada, Londonda,  Hindistanda, İsveçdə, eləcə də, dünyanın müxtəlif ölkələrində işıq üzü görüb.

Tərcümədən qazandığım qanorara bəlkə də iki ev almaq mümkün olardı. Ancaq mən qanorarımın 80 faizini kirayə pulu vermişəm.

Həyat yoldaşım 2003-cü ildə dünyasını dəyişib. İki qızımı təkbaşına saxlayıb  böyütmüşəm, oxutmuşam.  Yəqin ki, kirayədə yaşayanlar, övladlarını təkbaşına böyüdən analar  məni daha yaxşı  başa düşər.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.  Hazırda daimi iş yerim yoxdur. Nazirlər kabineti yanında tərcümə mərkəzi açılanda ümid etdim ki, orda mənə də iş verilər. Çox təəssüf ki, həmin mərkəzə  içşilər müsabiqə yolu ilə seçilmədi. Mərkəzin rəhbəri şəxsən tanıdıqlarını işə götürdü. Dəfələrlə müraciət etsəm də Afaq  Məsudun qəbuluna düşə bilməmişəm.

AYB-da da bədii tərcümə mərkəzi var. Orda da mənə iş verilmədi.  Tərcümə sahəsində qazandığım uğurlara baxmayaraq heç bir mükafat almamışam.   2-3 kitab tərcümə edənlərə Azərbaycan ədəbiyyatını təbliğ etdiyi üçün mükafatlar təqdim edilir, mən isə azərbaycan dilindən ingilis dilinə ən azı 50 kitab tərcümə etmişəm. Ancaq bu zəhmətim heç vaxt qiymətləndiriliməyib. Tam əminliklə deyə bilərəm ki, azərbaycan dilindən ingilis dilinə məndən çox kitab tərcümə edən yoxdur.

Mən nəşriyyatlarla işləyirəm. Bir gün nəşriyyat tərcümə üçün kitab verməsə mən kirayə haqqını  ödəyə bilmərəm, bir sözlə, tərcümə etməmək mənim üçün həyatın donması deməkdir. İllərdir mən istirahətsiz işləyirəm. Bəzən günlərlə evdən bayıra çıxmıram,  saatlarla kompyüter qarşısında otururam, yüksək təzyiqim olanda da işləməyə məcburam.  Tərcümə prosesinin nə qədər çətin olduğunu deməyə ehtiyac yoxdur. Əgər yazıçı, şair öz duyğularını, müşahidələrini qələmə alırsa,  mən tamam fərqli millətə, təfəkkürə malik yazıçıların əsərlərini tərcümə edirəm.  Eləcə də, müxtəlif düşüncəyə, təfəkkürə malik  Azərbaycan yazıçılarının, şairlərinin şeirlərini tərcümə edirəm. Çox təəssüf ki, tərcüməçi əməyinə dövlət səviyyəsində də düzgün qiymət verilmir. Şairlərə, yazıçılara ömürlük tıqaüdlər verilir, dövlət onlara ev bağışlayır, amma tərcüməçilər unudulur. AYB-nin təqdim etdiyi 4 nəfərə dövlət başçısı bu yaxınlarda  ev bağışladı. Görəsən ədəbiyyata həmin şəxslərin  töhfəsi çoxdur, yoxsa mənim?    Mədəniyyət sahəsində, ədəbiyyat sahəsində uzun illər xidməti olanlara fəxri adlar verilir, niyə ” əməkdar tərcüməçi” fəxri adı  yoxdur? Axı tərcüməçi gözlərinin nurunu verir tərcümə etdiyi əsərlərə.

Yuxarıda da qeyd etdim, tərcümədən aldığım qanorara ən azı iki ev almaq mümkün olardı. Mən isə bütün qazancımı kirayə haqqı vermişəm. Kreditlə ev almaq istəsəm də mümkün deyil. Çünki ilkin ödəniş etməyə gücüm çatmır.

Mənim yaşım az deyil. 57 yaşım var. Artıq əvvəlki sürətlə işləyə bilmirəm. Sağlamlığımda problem var. Amma istirahətsiz işləyirəm. Məcburam. Mən də insanam, istirahət etməyə haqqım var.

Bu qədər əziyyət çəksəm də  hələ normal kompyüterim,  adi  ev əşyalarım  yoxdur. Özümə məxsus əşyalar kirayə evlərə köçəndə sındı, xarab oldu.  Ömrümün yarıdan çoxunu tərcüməyə həsr etmişəm. Amma  mən özgələrin pulu hesabına alınmış   çarpayıda yatır, özgələrin paltar şkafına paltar yığıram. Niyə mənim öz evim olmasın? Niyə qazandığım qanorarla ev əşyaları almayım?

Heç vaxt xarici ölkədə yaşaya bilmərəm. Heç vaxt bunu arzu etməmişəm də.

Mən  vətəndaşı olduğum ölkənin prezidentindən əməyimə qiymət verilməsini istəyirəm. Övladlarımın  gözlərinə  baxmağa utanıram. Kiçik qızımın 25 yaşı var. Ömrünün 20 ilini kirayədə keçirib. Anadangəlmə gözündə qüsur var,  3-cü qrup əlildir. Onun pensiyası ilə kommunal  xərcləri ödəyirəm, ona təzə bir paltar alıb sevindirə bilmirəm. Ana üçün bundan ağır dərd ola bilərmi? Bundan sonra 10 evim olsa da kirayədə qaldığım bir günün acısını mənə, qızlarıma unutdura bilməz.

Çox xahiş edirəm, mənim məktubumu ölkə prezidentinə çatdırasaınız. İnanıram və ümid edirəm ki, prezident çəkdiyim əziyyəti, kirayədə yaşamağımı, uzun illər təkbaşına  iki qız övladı böyütməyimi nəzərə alıb məni kirayə yaşamağın çətinliyindən xilas edəcək.

Məktubumu   kirayə yaşamaq haqda yazdığım  essemin bir abzası ilə bitirirəm:

“ Kirayədə yaşamaq- özgənin evində gecələməkdir, səhəri öz evində qarşılamamaqdır. Kirayədə yaşamaq- başqasının aldığı stol arxasında oturub nahar etməkdir. Daimi qonşunun olmamasıdır kirayədə yaşamaq. Ev telefonunun nömrəsini unutmaq, işıq pulunu, qaz pulunu poçtda ödəyəndə yaşadığın ünvanı güclə yada salmaqdır.

Kirayədə yaşamaq kirayə pulunu verəndən sonra övladlarına verdiyin qəpikləri geri alıb  çörək almaqdır. Kirayədə yaşamaq qazandığını ev sahibinə verib aylarla diş ağrısına dözməkir.  Kirayədə yaşamaq avtobusla yol gedəndə yolda satılan tikinti materiallarına baxa-baxa göyün yeddinci qatında o materiallardan özünə xəyali ev tikməkdir. Problemlər içində ömür çürütməkdir kirayədə yaşamaq”

 

Hörmətlə Sevil Gültən ( Nuriyeva Sevil Məmməd qızı)

 

[email protected]

 

“Qanun”nəşriyyatı:

 

1. Jojo Moyes-  Bir üstəgəl bir

2. Jojo Moyes- Səndən sonra

3.  Jojo Moyes- Geridə qoyub gəldiyin qız

4. Oşo- Qızıl külçələr

5.  Oşo- Emosiyalar

6. Robin Şarma- Ferrarisini satan rahib

7. Rohald Dahl- Matilda

8. Rohald Dahl – Ceyms və nəhəng şaftalı

9. Rohald Dahl- Böyük sevimli nəhəng

10. Rohald Dahl – Çarli və şokolad fabriki

10. Lao Ma ( çinli müəllif) - hekayələr

11. Dan Braun- Da Vinçi kodu

12. Alis Manro- “Əziz həyat” hekayələr kitabı

13. Rey Bredberi- Zəncirotu şərabı

14. Frances Hodgson Burnetti- Balaca prinses

15. Meier ( çinli şairə) - Şeirlər

16. Harper Lee- Bülbülü öldürmək         

17.  Harper Lee- Get,  gözətçi təyin et

18. Kurt Vonnequtun hekayələri

 

TEAS-PRESS nəşriyyatı:

 

1. Rafaello Barker- Yay mövsümü

2. Sarah Dessen- Müqəddəs hər şey

3. Ketrin Baybi- Çərşənbə gününədək arvad

4. Ketrin Baybi  Çərşənbə axşamınadək qız tapıldı

5. Ketrin Baybi- Bazar ertəsinək evlənməli

6. Ketrin Baybi Cümə axşamınadək aşıq oldu

7. Ketrin Baybi Cümə gününədək subay

8. Ketrin Baybi- Cümə gününədək nişanlanmalı

9. Holli Şindler- Elə tünd göy ki...

10.. Lüi.De Berniers- Kapitan Korellinin mandolinası

11. Giuseppe Catozzella- Balaca  çempion

12. Amor Tovles – Centlemen Moskvada

13. Luis Kerrol- Alisa möcüzələr diyarında

14.  Ali Smith- Təsadüfi

 

Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim  əsərlərin siyahısı:

 

  1. Hikmət Babaoğlu –“Akdamardan Sarı gəlinədək erməni yalanı”
  2. Qəşəm Nəcəfzadə– “ The evening stories”
  3. Ülvi Bünyadzadə– “ Ömür yolu”
  4. Yunuz Oğuz –“Nadir şah”
  5.  Amerikada Azərbaycan qadın yazarların hekayələrindən ibarət antalogiya- 11  tərcümə
  6. Amerikada Azərbaycan yazıçılarının hekayələrindən ibarət antalogiya – 10 hekayə
  7.  Ceyhun Musaoğlunun layihəsi ilə Azərbaycan yazıçılarının hekayələri ingilis dilində
  8. Rafiq Tağı- hekayələr kitabı
  9. “Erməni əsirliyində” -Antalogiya
  10.  Azərbaycan nağılları
  11.  Firuz Mustafa– “ Köç “ povesti
  12.  Elçin İsgəndərzadə –“ Avtoportret”
  13.  Vahid Məmmədli –“ Buddanın qayıdışı” –povest
  14.   Eyvaz Zeynalov –Hekayələr, povest və uşaq hekayələri
  15.   Elçin Hüseynbəyli – İki hekayə
  16.  XXİ -əsr Azərbaycan ziyalıları
  17.  Giya Paçxataşvili –“ Oğul ata itirdi”  Poema
  18.  Mirkazım Seyidov– “ Erməni vandalizmi”
  19.  Mirkazım Seyidov– “ Zamanın nəbzi”
  20.  Mirkazım Seyidov– “Qaranlığa nur saçan zəka”-
  21.  Mirkazım Seyidov –“Ömrümü xalqıma bağışlayıram”
  22.  Salam Sarvan- Şeirlər
  23.  Varis- Üç roman
  24.  Eluca Atalı– esselər
  25.  Eluca  Atalı- hekayələr
  26.  Afaq Şıxlı- şeirlər və hekaylər
  27.  Nilufər Şıxlı- şeirlər
  28.  Şahnaz Kamal– Hekayələr
  29.  Salatın Əhmədli – İki  kitab
  30.  Zahid Xəlil– uşaq hekayələri
  31.   Gülxani Pənah- Xocalıya aid kitab
  32.  Azadə Taleh- Şeirlər
  33.  Əlabbas- hekayələr
  34.  Əlisa Nicat- hekayələr
  35.  Məmməd Əmin Rəsulzadə  “ Əsrimizin  Siyavuşu”
  36.  Nüşabə Məmmədli – Pyeslər
  37.  Ramiz Duyğun- iki  poema
  38.  Dilsuz Musayev-  şeirlər kitabı
  39. Səyyad Aran- hekayələr toplusu
  40.  Təranə Turan Rəhimli ( şeirlər)

(Hamlet İsaxanlı, Rəşad Məcid, Paşa  Qəlbinir, Səlim Babullaoğlu,  Xəyal Rza, Elxan Zal, Ədalət Əsgəroğlu, Qismət, Fərid Hüseyn,  Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Ramil Mərzili və başqalarının şeirləri)

 

Son 3 il ərzində tərcümə etdiyim hekayələr ( “Kaspi” qəzetində çap olunub)

 

1. Hans Christian Anderson Ananın hekayəsi

2. Hans Christian Anderson - Şahzadə qız və  noxud

3. Hans  Christian Anderson- Kibritsatan balaca qız

4. Hans Christian Anderson- Mələk

5. Hans Christian Anderson-Qəbirdəki uşaq

6. Hans Christian Anderson- Donuzotaran

 

7. Charles Dickens  – Uşağın hekayəsi

8. Charles Dickens - Uşağın ulduz yuxusu

 

9.  James Baldwin Antonio Canova

10. James Baldwin - Həkim Qoldsmit

11. James Baldwin. -  Lakonik cavab

12. James Baldwin - Sonsuz nağıl

13. James Baldwin - Maksmilian və qazotaran oğlan

14. James Baldwin - Naşükür döyüşçü

15. James Baldwin- Hökmdar və onun qırğısı

16. James Baldwin- Kor kişilər və fil

 

17. Dorothy Parker- Telefon zəngi

 

18. Edgar Allan Poe- Carçı ürək

 

19. Guy de Maupassant   - Kor kişi

20. Guy de Maupassant   - Dilənçi

21. Guy de Maupassant   - Etiraf

22. Guy de Maupassant   Ölü qadının sirri

23. Guy de Maupassant   - Qəbir

24. Guy de Maupassant   -Ailə

25. Guy de Maupassant   -Ana və oğul

26. Guy de Maupassant   -Dəlinin gündəliyi

27. Guy de Maupassant   -Atılmış

28. Guy de Maupassant   -Biclik

29. Guy de Maupassant   -Köhnə dost Patient

30.  Guy de Maupassant   - Öpüş

31. Guy de Maupassant   -Ata

32. Guy de Maupassant   -Duel

33. Guy de Maupassant   - Dul

34. Guy de Maupassant   - Müqəddəs suçiləyən

35. Guy de Maupassant   -Cehiz

36. Guy de Maupassant   - Belflover ana

 

 

37.Henry Lawson- Müəllimin səhvi

38. Henry Lawson- Qaranlıqdakı uşaq yaxud yad ata

 

39.  Kate Chopin - Bir saatın hekayəsi

40. Kate Chopin- Tufan

41. Kate Chopin- Peşmançılıq

42. Kate Chopin  Tərbiyəli qadın

43.Kate Chopin- Bir cüt ipək corab

44. Kate Chopin- Bayou Müqəddəs Con şəhərinin ledisi

45. Kate Chopin- Kaline

46. Kate Chopin- Ölü kişinin ayaqqabıları

 

47. H.H. Munro ( Saki) – Laura

48. H.H. Munro ( Saki)- Luiza

49. H.H. Munro ( Saki) -Kernoqatzin  canavarları

50. H.H. Munro ( Saki)- Açıq qapı

 

51. Mary  Roberts Rinehart- İncə əl

52. Mary  Roberts Rinehart-İki yataq xəstəsi

53. Mary  Roberts Rinehart- Evlənmək

 

54. O.  Henry- Qəribə hekayə

55. O. Henry- Müdrikin hekayəsi

56. O. Henry- İyirmi ildən sonra

57. O. Henry- Sosial üçbucaq

 

58. Stephen Crane- Tünd qəhvəyi it

 

59. Timothy Shay Arthur- Eminin sualı

60. Timothy Shay Arthur-Həkimlə birgə

61 .Timothy Shay Arthur-Balaca Lizzi

62 .Timothy Shay Arthur- Arvad

63. Timothy Shay Arthur-Keşikdə durmaq

64. Timothy Shay Arthur-Kölgə arxasınca

65. Timothy Shay Arthur-Çox kasıb

66.Robert Barr- Dağ başında boşanma

 

67. Sherwood Anderson- Qəhvəyi paltolu kişi

68. Sherwood Anderson- Müharibə

69. Sherwood Anderson- Qardaşlar

70. Sherwood Anderson- Lal kişi

 

71.Stephen Leacock- Küçədə kibrit çöpü istəmək

72. Stephen Leacock- Mənim maliyyə karyeram

 

 

73. Xu Yan- Yaxşı qadının yoldaşlığı

 

74.  Algernon Blackwood- Balaca Dilənçi

 

75.Ambrose Bierce- Balaca səfil

76. Ambrise Bierce – Bitməmiş qaçış

77. Ambrose Bierce- Simsiz gələn xəbər

78. Ambrose Bierce- Ölüm diaqnozu

79. Ambrose Bierce-Bir bardaq şərbət

80 Ambrose Bierce-Həbs

81. Ambrose Bierce-Evə sarılmış üzüm tənəyi

 

82. Arnaba Saha- Qürub çağı

83. Arnaba Saha- Seçim

 

84. Benjamin Franklin- Fit

 

85. D.H. Lawrence-  Xəstəşaxtaçı

 

86.. Elia A. Peattie- Yağış uşaq

87 . Elia A. Peattie- Qonşu evdəki piano

 

88. Philip. K. Dick- Qapı arxasında

 

89 . Giovanni Boccaccio – Federiqonun şahini

 

90. Herbert George Wells- Gözəl kostyum

 

91. Henry Van Dyke-Bir ovic gil

92. Henry Van Dyke-Kol dibindəki dilənçilər

93. Henry Van Dyke-Şahın cəvahiratı

 

94. Lucy Maud Montgomery- Tamamlanmış hekayə

95. Lucy Maud Montgomery- Qızıl toy

96. Lucy Maud Montgomery-Jasmin

 

97. Mark Twain – Təmsil

 

98.  Julius   W. Long-  Solğun rəngli kişi

 

99. Katherine Mansfield- Ma Parkerin həyatı

100 . Katherine Mansfield-Xiyar şorabası

 

101 L. Frank Baum- Sehirli nabatlar

102  L. Frank Baum-Balaca mavi oğlanın nağılı

103 L. Frank Baum- Şən dəyirmançı

 

104.  Lafcadio Hearn – Ölüb gedən sir

 

105 . Laura E. Richards – Yaşıl atlas don

106. Laura E. Richards- Qızıl pəncərələr

 

107 . Louisa May Alcott- Donuz qız

108.  Louisa May Alcott-Uşağın tərcümeyi halı

109  Louisa May Alcott- Əmim oğlu  Tribulationun hekayəsi

 

110  Matsuo Basho- Qoca ananın hekayəsi

 

111 . Ralph Henry Barbour- Ölüm yatağında etiraf

112. Ralph Henry Barbour-Əmiqızı

 

113. .W.F.Harvey- Bataqlıqdan keçəndə

 

114. W. W.Jacobs- Üç bacı

 

115 . Chen Yonglin- Güzgü

 

116 . Cui Li- Keçmişdə pərt olduğum anlar

 

117. Paulo Coelho- Hamıdan güclü

118. Paulo Coelho- İki damcı yağ

119. Paulo Coelho- İbrətamiz hekayələr

120. Paulo Coelho- Əsl qorxunu kəşf etmək

 


 

 

 


loading...
loading...

Redaktorun seçimi