Qaloş...

Hit: 2061
Qaloş...
Erməni baş nazir 8 mayda Şuşaya gəldi, “tarixi qələbə”lərini qeyd etdi. Bizdə elədik, ancaq ondan bir gün sonra ....Həmdə guya deyib ki, yaxşı ki, azərbaycanlılar biznən qonşudurlar, yəni 25 ildir ki, heç “zad” eləmirlər, sakitdirlər, üzü yoladırlar...yada eləməyə ...Hətta Şuşanın yeni kadrlarını da bizə göstərdi. Demək istədi ki, torpağa belə sahib olurlar.Yerazlar da bu tərəfdən  deyir ki, Paşinyan İcevan rayonunun Haqqıxlı kəndindəndir.Demək istiyirlər  ki, burda baş nazirin əməlli yerlililəri də var?
      
O vaxtlar yaylaqdan  azuqə üçün,yəni qənd, şəkər, un almaq üçün Krasnoselsk rayonuna (Çənbərək) gedərdik. Qadınlarımız (arvadlar) başında şal, ayaqlarında qaloş, qabaqlarında da eşşək , eşşəklərində üstündə üşaqları...Heç yadımdan çıxmaz orda unun kisəsi 15 manat 30 qəpiyə satılırdı. Bizdə bu qiymət 18 manat 50 qəpik olduğundan hamı o tərəfə üz tutardı. Arvadlar deyirdi ki, 3 manat ermənistanda un ucuzdu, bu 3 manta isə 1 cüt QALOŞ düşürdü. Qınamıyın, o zaman bizim qadınların ayağında qara,içi məxməri Qaloş görəndə deyirdilər ki, “krasnı”danmı almısan?! Hətta ermənilər bu qaloş istehsalını gücləndirmişdilər, çünki qaloşu da bizdən başqa alan yox idi. Mənimdə qaloşum var idi. Hər dəfə futboldan sonra təmizləyib yerinə qoyardım.
 
Ən qəribəsi isə o idi ki, qadınlarımız un kisəsinin üstündə yazılan “Vışıy sort” sözünə də inanmırdılar. Un kisəsinin ağzını açıb barmaqları ilə yoxlayırdılar ki, görək həqiqətənmi əla növdü. Ermənilər bizə baxıb gülürdülər. O zaman elə bilirdim bu gülüş, ora eşşəklə getdiyimizə görədir. Həmdə eşşəyin belində çox miskin görnüşümüz var idi.O üzdən elə fikirləşirdim. Sonralar anladım ki, ermənilər eşşəyə yox, sadcə bizim eşşəkliyimizə gülürlər. Çünki qadınlarımız un kisəsinin ağzını açıb, sonra özləri ilə apardıqları iynə-sapla tikirdilər.Bunun isə özəl tərəfləri var idi.İndi onu açıqlamayım..Bunu qadınlarımızdan biri eləsəydi dərd yarı idi.Təssüf ki, bu “adət” i hamsı edirdi.
 
Yadımdan çıxmaz erməni uşaqları velosipedlə gəlib univermağın qabağında bizim eşşəkllərə həsrətlə baxırdılar.Təbii ki, bizdə onalrın velosipedlərinə həsrətlə baxırdıq.Hətta fikirləşirdim ki, görəsən nə zamansa bizimdə velosipedimiz olacaqmı? Günlərin bir günü yenə eyni qayda ilə  un almağa gedəndə erməni dığası eşşəyi minmək üçün mənə 20 qəpik verdi, hətta çox mindiyinə görə bir təkəri  qırıq velosipedini mənə verdi.Sevincimin həddi hüdudu yox idi.Mən yaylağa velosipedlə qayıdırdım. Düzdü erməni dığasının eşşəyimizi minməyini nənəmə satmışdılar.O günü yaxşı kötək  yesəmdə təkərinin biri olmayan velosipedin başına o qədər uşaq yığışmışdı ki.. Maraqlı nə idi bilirsinizmi..Biz heç vaxt velosiped minməyi bacarmazdıq. Öz növbəsində erməni dığalarıda eşşək minməyi bacarmırdılar.Ama minməyə cəhd edirdilər.Eşşək bu erməni dığalarını nə qədər yerə çırpsada qalxıb yenidən minirdilər...Bax beləcə eşşək axırda bezib ermənini gəzdirməyə məcbur olurdu.Sadəcə pis başa düşməyin....?
 
Mənim nənəm 5 nömrə qaloş geyərdi. Heç vaxt ondan başqa ayaq geyiminin olduğunu görmədim. Sonralar, biz bir daha o tərəflərə gedə bilmədik.Nə ermənilər bizim eşşəyə mindi, nə də biz 15 manata un ala bildik. Ən acınacaqlısı o idi ki, sonralar arvadlar geyməyə QALOŞ tapa bilmirdilər.Çünki bizimkilər qaloş istehsal edə bilmirdilər.
 
Sonralar nə Arinbert, nə Sayut, nə Akdamar siqaretləri oldu.Məni sadəcə bir şey maraqlandırırdı.Nədən, biz erməni istehsalı olan hər şeyi almaq üçün ora gedərdik. Məgər bizdə siqaretmi,çaxırmı, limonadmı yox idi...Var idi özüdə mağazalarda çürüyürdü..Çünki keyfiyyət yox idi.
İndi bildim Paşinyan niyə bizlə qonşu olmaqdan məmnundur..








Redaktorun seçimi