Aşıq Şəmşirin qəbri yanında düşmən tankını partladan əsgərimizə - Milli qəhrəman adı niyə verilmir? - VİDEO

Hit: 1670
Aşıq Şəmşirin qəbri yanında düşmən tankını partladan əsgərimizə - Milli qəhrəman adı niyə verilmir? - VİDEO

Yüzlərlə erməni əsgərini  məhv edib, əsir götürən, canlı texnikasını belə ələ keçirən kəlbəcərli kəşfiyyatçı,  vətən uğurunda şəhidlik zirvəsinə yüksələn Ülfət Kərimova milli qəhrəmanlıq statusu hələ də verilmir.

Vaxti ilə Azad Azərbaycan Televiziyasının əməkdaşı olan telejurnalist Aqil Uluxanlı kəlbəcərli kəşfiyyatçı Ülfət Kərimovla bağlı geniş araşdırma aparıb. Araşdırma zamanı cəsur igidə, indiyə kimi milli  qəhrəmanlıq statusu hələ də verilmədiyi bəlli olub.

Belə ki,  döyüş yoldaşları arasında tək canavar, Mixaylo kimi tanınan kəşfiyyatçı barəsində komandir zabit heyəti  Müdafiə Nazirliyinə təqdimat göndərib. Məsləyə baxan Nazirlik öz növbəsində təltif üçün sənədləri Prezident Admistrasiyasına yönəltsə də, indiyə kimi Ülfətə milli qəhramanlıq statusu verilməyib. O yalnız  “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırlıb. Ülfətin məhv etdiyi texnika, əsir götürdüyü zabit kadrlarda yer alıb. Qeyd edək ki, Ülfət Kərimov kəlbəcərli saz-  söz ustadı Dədə Şəmşirin məzarının yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub. Onu da xüsusilə vurğulayaq ki, sənədli filmdə olan kadrlar Qarabağ müharibəsində hərbi operator olan,  MN hərbi sstudiyasının bədii rəhbəri Nizami Abbasa məxsusdur.

Faktor.az

 









Redaktorun seçimi