Nazirlik Bakı metropolitenini məhkəməyə verdi

Hit: 1548
Nazirlik Bakı metropolitenini məhkəməyə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı metropolitenini məhkəməyə verdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  mətbuat xidmətindən  Faktor.az-a verilən məlumata görə, reyd zamanı “Kamaz” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qu” gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.

Araşdırma zamanı avtomobillərin “Bakı metropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.                 









Redaktorun seçimi