Azərbaycanlı bəstəkar vəfat etdi

Hit: 2168
Azərbaycanlı bəstəkar vəfat etdi

Əməkdar incəsənət xadimi Həsənağa Adıgözəlzadə dünyasını dəyişib.

Faktor.az xəbər verir ki, bəstəkar dünən vəfat edib. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, bəstəkarın nəşi bu gün Türkiyədən Bakıya gətirilib.

Mərhumla vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, H.Adıgözəlzadə Azərbaycanın görkəmli pianoçusu, xalq artisti Zöhrab Adıgözəlzadənin qardaşı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin əmisidir.









Redaktorun seçimi