Məcid ağa Şəkibəyova həsr edilmiş kitab təqdim edildi - VİDEO - FOTOLAR

1156 dəfə oxunub
Məcid ağa Şəkibəyova həsr edilmiş kitab təqdim edildi - VİDEO - FOTOLAR

Bu gün "Azərkitab" Kitab Təbliğatı Mərkəzində el qəhrəmanı Məcid ağa Şəkibəyova həsr edilmiş "Üç kəlmə, üç güllə" adlı "kitabın təqdimatı keçirilib.

Faktor.az xəbər verir ki, tədbirdə Milli Məclisin 10-dan artıq üzvü, gədəbəyli ziyalılar, tanınmış şəxslər, bir sıra dövlət orqanlanlarının nümayəndələri və media mənsubları iştirak edib.

Tədbirin aparıcısı millət vəkili, MŞ-nın sədri Əflatun Amaşov Cumhuriyyətin yüzilliyinə təsdüf edən kitabı ərsəyə gətirənlərə təşəkkür edib.

Məcid ağa Şəkibəyovun həyatı haqqında danışan millət vəkili onun ermənilərə qarşı 1918-20- ci illərdə, Qırmızı İmperiyaya qarşı isə 1929-30-cu illərdə apardığı mübarizədən bəhs edib.

Daha sonra Baş nazirin sabiq müavini İzzət Rüstəmov, tanınmış həkim Rəşid Mahmudov, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli  millət vəkilləri Arif Rəhimzadə, Aqil Abbas, Musa Urud, Sevinc Hüseynova, Ziya Səmədzadə, Rafael Cəbrayılov, Tahir Kərimli  və b. çıxış ediblər.

Kitabın müəllifi şair Çingiz Dalğın, İdeya müəllifi Eldar Əsgərovdur.

Xatırladaq ki, Məcid ağa Şəkibəyova 1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini - üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir. Sonda silah-sursatının tükəndiyini görən ağa ölümü təslimçilikdən uca tutaraq, tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son iki gülləsini özünə vuraraq, intihar etmişdir./faktor.az/

1
1
1
1
1
1
1
1


loading...
loading...

Redaktorun seçimi