Azərbaycanın bu Nazirliyində məşhur məmurlar vəzifə aldı - YENİ TƏYİNATLAR

Hit: 3923
Azərbaycanın bu Nazirliyində məşhur məmurlar vəzifə aldı - YENİ TƏYİNATLAR

Nazir dəyişikliyindən sonra Kənd Təsərrüfatı Nazirliyinə daha 4 təyinat olub.

Faktorun məlumatına görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə də yeni rəhbər təyin edilib.
Bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilib.
Xatıladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Prezident İlham Əliyevin aprel ayının 21-də imzaladığı sərəncam ilə vəzifəsindən azad olunub və Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub.









Redaktorun seçimi