Azərbaycanda bu nazirin müavinləri bəlli oldu - SON SİYAHI

4935 dəfə oxunub
Azərbaycanda bu nazirin müavinləri bəlli oldu - SON SİYAHI

Azərbaycan mədəniyyət nazirinin müavinləri vəzifəsini müvvəqqəti icra edən şəxslər məlum olub.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yeni təyinatlar olana qədər nazir müavinləri və digər əməkdaşlar öz vəzifələrini icra edəcəklər.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyikimi fəaliyyət göstərdiyi dövrdə nazirin dörd müavini olub. Bunlar nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Nazim Səmədov, Sevda Məmmədəliyevadır. Onlar hazırda vəzifələrini müvəqqəti icra edirlər.

Bundan başqa, nazirliyin digər strukturların rəhbərləri də əvvəlki vəzifələrini müvəqqəti yerinə yetirirlər. 

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamala Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamla əvvəllər mədəniyyət və turizm naziri vəzifəsini tutan Əbülfəs Qarayev mədəniyyət naziri təyin olunub.


loading...
loading...

Redaktorun seçimi