Nazim İbrahimov həbs olunur - İDDİA - Korrupsiya izi

Hit: 3333
Nazim İbrahimov həbs olunur - İDDİA - Korrupsiya izi

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun fəaliyyətini sərt tənqid edib. O bildirib ki, keçmiş sədrin  işində narazılıqlar var idi və öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. “Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Prezident Administrasiyasının rəhbərinin açıqlamasında diqqətçəkən məqamlar var. PA rəhbərinin "dövlətin maliyyə yardımı öz ünvanına çatmayıb" deməsi, dolayısı ilə "Nazim İbrahimov dövlət vəsaitin mənimsəyib" anlamına gəlir. Məntiqlə bundan sonra komitənin və şəxsən Nazim İbrahimovun ötən illərdəki fəaliyyəti ilə bağlı araşdırmalar aparılacaq. Araşdırmaların sonunda Nazim İbrahimova qarşı cinayət işinin açıla biləcəyi də istisna olunmur.

Azərbaycanda dövlət məmurlarının hər hansı məqsəd üçün ayrılan pulu israf etmələri barədə dəfələrlə cinayət işi açılıb. Nəticədə onlarla məmur həbs edilib. missiya.az









Redaktorun seçimi