Xala bacısı qızının ərinə qoşulub qaçdı - FOTOlarını görüncə ŞOK OLDU

Hit: 4599
Xala bacısı qızının ərinə qoşulub qaçdı - FOTOlarını görüncə ŞOK OLDU

Türkiyənin Adana vilayətində yaşayan, iki dəfə evlənib ayrılan, 27 yaşlı iki uşaq anası olan gənc qadın 21 yaşlı bacısı qızının ərinə qoşulub, qaçıb.


 
Milli.Az Sabah-a istinadən xəbər verir ki, Sevgi S. (21), bir l öncə bir qida şirkətində sürücü olaraq çalışan Emrah S. (27) ilə ailə həyatı qurub. Balıkesirin Bandırma qəsəbəsinə gəlin köçən Sevgi S. bir müddət öncə əriylə dalaşıb, Adanaya dönüb. Ancaq bu arada "Ana yarısı" olaraq hesab edilən xalasından heç gözləmədiyi bir zərbə alıb. İki dəfə ailəli olan 2 uşaq anası Gülsüm Ç. (27), bacısı qızının əri ilə qaçıb. Sosial şəbəkədə əri ilə xalasının birlikdə fotosunu görən Sevgi S. şok olub. Xalasına və ərinə zəng edən gənc qadın: "Biz xoşbəxtik. Sən öz halına yan" cavabını alınca "yıxılıb".

 

Xalası və ərinin xəyanətinə məruz qalan gəlinin anası: "Bacım evlilik vədi ilə bir neçə kişini aldatdı. Sonuncu dəfə qızımın ərini əlindən aldı. Etdiyi utandırıcıdır" deyib.









Redaktorun seçimi