Azərbaycanda 17 ilin naziri vəzifədən ÇIXARILDI - İDDİA

Hit: 7891
Azərbaycanda 17 ilin naziri vəzifədən ÇIXARILDI - İDDİA

Ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Hüseyn Bağırovun işdən azad edilməsi barədə məlumat yayılıb. Yayılan məlumata görə, H.Bağırov artıq nazirlikdə təhvil-təslim işlərini həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında bildirib ki, yayılan xəbər əsassızdır:

“Hüseyn Bağırov hazırda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edir”.

Qeyd edək ki, Bağırov Hüseynqulu Seyid oğlu sözügedən posta 2001-ci ildə təyin olunmuşdu.









Redaktorun seçimi