Azərbaycanda bu 2 nazir istefa ərizəsi yazdı - Onlar da gedir

Hit: 6092
Azərbaycanda bu 2 nazir istefa ərizəsi yazdı - Onlar da gedir
Prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi ilə bağlı sərəncam verib. Sərəncama əsasən Azərbaycanda 12 nazir vəzifəyə təyin olunsa da, altı nazirliyə rəhbər təyinatı olmayıb. Bunlar Təhsil, Səhiyyə, Mədəniyyət, Gənclər və İdman, Müdafiə Sənayesi və Ekologiya və Təbii Sərvətlər nazirlikləridir. Etibarlı mənbələrdən AZXEBER.COM-a daxil olan informasiyaya görə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov və Müdafiə Sənayesi naziri Yavər Camalov səhhətləri ilə əlaqədar işdən xaric olunmaları ilə bağlı özləri Prezident İlham Əliyevə bir neçə ay öncə müraciət ediblər. Ölkə rəhbəri onların xahişini nəzərə alıb və bu səbəbdən hər iki nazirin adları bu dəfə nazirlər siyahısında yer almayıb.








Redaktorun seçimi