Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Hit: 518
Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

“A-Qrup Sığorta Şirkəti” ASC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Faktor.Az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC subroqasiya hüququ üzrə zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Üçüncü şəxs qismində Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti göstərilib.

Qərardan narazı qalan sığorta şirkəti apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.(Report)









Redaktorun seçimi