Azərbaycanda alqı-satqı saytında şok elan - "Uşaq verilir" - FOTOLAR

445 dəfə oxunub
Azərbaycanda alqı-satqı saytında şok elan - "Uşaq verilir" - FOTOLAR
Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib.
Faktor.az xəbər verir ki, aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də “uşaq verilir” yazılıb.
 
 
Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.
Məsələ ilə bağlı göstərilən nömrənin sahibi ilə əlaqə saxlayıb. Sualımızı cavablandıran telefonun sahibi olan xanım qeyd edib ki, onun bu elandan xəbəri yoxdur və bunu evin yeniyetmə uşağı zarafat üçün edib: “Bunu uşaq edib, guya zarafat üçün. Buna görə də nə qədər əsəbiləşmişik. Onu danlamışıq. Biz elanı siləcəyik. Bunu ciddi qəbul etməyin. Sadəcə, uşağın bilmədən etdiyi zarafatdır”.

 

milli.az


loading...
loading...

Redaktorun seçimi