BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar

Hit: 831
BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar

Bildiyimiz kimi, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı təşkil olunur.

Festivalın keçirilməsinin məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

2-3 aprel tarixlərində “Tələbə baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsi olub. Seçim turunda Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı xareoqraf  Əli Natiqoğlunun rəhbərliyi ilə millli rəqs nominasiyası və vals  nominasiyası üzrə 2-ci yeri qazanıb. Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Namiq Fərəcov vokal müəllimi Səbinə Mehdiyavanın rəhbərliyi ilə rok-vokal nominasiyası üzrə 3-cü yerin qalibi olub.

Qeyd edək ki, festivalın qala konserti aprelin 25-də keçiriləcək. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

BSU-nun Mətbuat xidməti

 









Redaktorun seçimi