“Könüllülüyə Gedən Yol” layihəyəsinə yekun vuruldu

Hit: 758
“Könüllülüyə Gedən Yol” layihəyəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən, “Könüllülüyə Gedən Yol” adlı layihəyə yekun vurulub.

Faktor.az xəbər verir ki, layihə üç gün müddətində davam edib.

Layihə müddəti ərzində, iştirakçı gənclərə Könüllülük fəaliyyəti ilə əlaqədar təlimlər keçirilib. Uğurlu könüllülük fəaliyyəti göstərmiş gənclərlə, görüşlər təşkil olunub.Təlimlərdə aktiv iştirak edən gənclərə,layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olub.

Layihənin rəhbəri Leyla Əsədullayeva çıxış edərək, layihəni reallaşdırmağında göstərilən maddi dəstək üçün, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fonduna, təşkilati dəstək üçün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə təşəkkürlərini ünvanlayıb.

Faktor.az









Redaktorun seçimi