Həyətdə şəhid məzarları var: Məzarlara ev sahibi özü xidmət edir - VİDEO - VİDEO

325 dəfə oxunub
Həyətdə şəhid məzarları var: Məzarlara ev sahibi özü xidmət edir - VİDEO - VİDEO

Hacıqabul rayonu Qubalı Baloğlan kəndi ərazisindəki naməlum türk məzarlığına kənd sakini Nigar Əkbərova özü qulluq edir. Çünki məzarlıq elə bu qadının həyətində yerləşir. Qubalı Baloğlan kəndi 1918-ci ildə Şamaxı qəzasının tərkibində olub. Bu kənd Bakı istiqamətindən gələn daşnak-bolşevik quldur dəstələrinin törətdikləri qanlı qırğınlara daha çox məruz qalıb. O vaxt şəhid olan 6 türk əsgəri, 6 yerli döyüşçünün məzarı Nigar Əkbərovanın həyətindədir.

Milli.Az bildirir ki, Nigar Əkbərova atasının ona tapşırdığı bu qəbirləri göz bəbyi kimi qoruyur. Məzarların üstünü daim silir, ətrafı kol kosdan təmizləyir.

Hazırda 12 məzarın yerində Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə yardımı ilə abidə-kompleksi inşa olunub. Şəhid məzarları sakinlər də ziyarət edir.

 

Abidə-kompleksin divarına Qazi Nuru paşanın sözləri də həkk edilib. Həm Azərbaycanın, həm də Türkiyənin bayraqları ucaldılıb. /xezerxeber.az



Redaktorun seçimi