Dövlət orqanlarında çalışan - bu şəxslərin maaşları artırıldı

Hit: 806
Dövlət orqanlarında çalışan - bu şəxslərin maaşları artırıldı
Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) vəzifə maaşları artırılıb.
 
Faktor.Az-ın APA-ya istinadla məlumatına görə, qərara əsasən 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlələrin aylıq vəzifə maaşları 125 manatdan 130 manata qaldırılıb.
 
Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri - 4-cü kateqoriya dövlət orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri -5-ci kateqoriya dövlət orqanlarıdır.








Redaktorun seçimi