Avtobus və metro kartları dəyişdirilir

335 dəfə oxunub
Avtobus və metro kartları dəyişdirilir
Yazda Bakıda ictimai nəqliyyat sərnişinlərinə yeni təmassız ödəniş üsulu təklif ediləcək.
 
Faktor.Az xəbər verir ki, bu barədə Trend-ə maliyyə bazarlarındakı mənbədən bildiriblər.
 
Mənbənin verdiyi məlumata görə, söhbət Bakı metrosu və paytaxt avtobuslarında quraşdırılmış kart-riderlərin interfeysini dəstəkləyən yeni kartlardan gedir.
 
Kartların balanslarını elektron hesablar və ya ödəniş terminalları vasitəsilə (MilliÖN, eManat, ExpressPay и Easypay) artırmaq mümkün olacaq.
 
Qeyd edək ki, hazırda nağdsız ödənişlər yalnız Bakı metrosu və bəzi sərnişin avtobuslarında istifadə olunan nəqliyyat kartları vasitəsilə həyata keçirilir.
 
Kartların alışı və yüklənməsini BakiKart və MilliÖN terminallarında həyata keçirmək olur. Bir kartın qiyməti 2 manatdır. Bundan əlavə, ictimai nəqliyyatdan nadir hallarda istifadə edən Bakı sakinləri və şəhərin qonaqlarına məhdud istifadəli Bakı Kart təklif olunur. Həmin kartların qiyməti 20 qəpikdir və onlara 4 gedişədək balans yükləmək olur. Bir gedişin qiyməti 20 qəpikdir.



Redaktorun seçimi