Məşhur aparıcı Jurnalistika Məktəbi açdı

826 dəfə oxunub
Məşhur aparıcı  Jurnalistika Məktəbi açdı

JURNALİST OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!!!

 

 
Tanınmış jurnalist, aparıcı Ülviyyə  Alovlu Jurnalistika məktəbi açıb.
Faktor.az bildirir ki,  "Training Centre Azerbaijan" mərkəzi  "Jurnalistika Akademiyası" proqramı çərçivəsində "Müasir Jurnalistika üzrə müəllif proqramı"nı təqdim edir:
Proqram çərçivəsində jurnalist olmaq  istəyənlər üçün praktiki və nəzəri biliklər öyrədiləcək.
 
 
Proqram: 


Təlimçi:
☑️2005-ci ildən jurnalist fəaliyyətinə başlayaraq qısa müddətdə sıravi müxbirdən baş redaktora qədər yüksəlişi olan, kəskin qələmi və eksklüzivləri ilə məşhur teleaparıcı və jurnalist Ülviyyə Alovlunun müəllif kursları

☑️Təcrübə:
ANS Nəşriyyat Evinə aid:
“İstiot” jurnalında müxbir, “Elman” jurnalında redaktor,
Daha sonra özəl “Röya”, “Royal”, “Dostum” jurnallarında baş redaktor,
Space Radiosunda “Qızıl onluq” şousunun həmaparıcısı,
Lider TV-də layihə redaktoru, baş redaktor,
ANS TV-də “Əslində mən”, “Şokolad” verilişlərində layihə rəhbəri və aparıcı,
Müxtəlif illərdə bir neçə internet resurslarda, eləcə də
1news.az, show.az – xüsusi müxbir, gün.az – şöbə müdiri, zovvq.com, big.az, 1xeber.com – baş redaktor.

Təlimin proqramı:

▶️Modul 1. Proqramla tanışlıq; təcrübə, bacarıq mübadiləsi

- Tanışlıq və təqdimat
- Tədrisin hədəfi
- Oxucuya yönəlmiş yanaşma
- Xəbər anlayışı

▶️Modul 2. Müasir jurnalistika və tələbləri:

- Eksklüzivlik və onun əldə olunması
- Operativlik və onun vasitələri
- “Primetime” anlayışı
- Obyektivlik və tolerantlığın qorunması
- “Deadline” anlayışı və vaxtın dəyərləndirilməsi
- Sosial media və vasitələri
- Reytinq

▶️Modul 3. Jurnalistikanın əsasları

- Araşdırma. İnformatorlarla əlaqə və informasiyanın əldə olunması
- Təhqiqat. Arqument və faktların əldə olunması
- Köşə yazısı. Sosiumun tələbləri və trendləri
- Müsahibə. Növləri və janrları

▶️Modul 4. Xəbər nədir

- Xəbərin əldə olunması
- Xəbərin hazırlanması
- Xəbərin çatdırılması
- Xəbər başlıqları
- Təkzib xəbəri və hazırlanması

▶️Modul 5. Respondentlə əlaqə vasitələri və ünsiyyət

- Ünsiyyət halları, respondentlə ünsiyyətin qurulması
- İlk təəssürat və daimi ünsiyyət üçün imkanın yaradılması
- Respondent bağlılığı və məmnuniyyəti
- Ünsiyyətdə etiket və distansiyası

▶️Modul 6. Sual vermə və cavab alma texnikası

- Müsahibəyə hazırlıq mərhələsi
- Sualların hazırlanması
- Müsahibənin predmeti və ana xətti
- Sualların düzgün qoyuluşu və verilişi
- Müsahibə, simpatiya və empatiyanın ötürülməsi
- Müsahibənin düzgün sonlandırılması

▶️Modul 7. Jurnalistika və hüquq

- Jurnalistin hüquqları və məsuliyyət
- İnformasiya azadlığı

☑️Tədrisin sonunda iştirakçılar aşağıdakı bilik və bacarığı əldə edəcəklər:

- Sözün gücü və ondan doğru istifadə
- Ədəbi dilin incəlikləri
- Jurnalist səriştəsi
- Respondent psixotipləri və psixologiyası
- Dəqiq və qərəzsiz yanaşma
- Danışıq və sual vermə bacarığı
- Təqdimat bacarığı
- Dezinformasiya ilə mübarizə
- Reytinqlərlə iş

☑️Təlimə daxildir:
• Peşəkar mütəxəssis tərəfindən təqdimat
• Praktiki çalışmalar
• İnteraktiv təlim
• Müxtəlif müzakirələr
• Sertifikat ( Müvəffəqiyyət və ya iştirak)
• Təlim materialları və dərsliklər
• Nəticə imtahanı
• Kofe-breyk
Tədris slaydlarla, testlərlə, video görüntülərlə və rol oyunları ilə müşayiət olunur

☑️Proqram haqqında:
• Tədris dili: Azərbaycan dili
• Təlimin müddəti: 12 saat
• Son müraciət tarixi: 22.01.2018
• Nəzərdə tutulmuş iştirakçı sayı 10-15 nəfər
• Təlimin qiyməti: 200 AZN

Əlaqə vasitəsi:
Tel: 070 678 71 98

Ünvan:
Odlar Yurdu Universiteti 
(Koroğlu Rəhimov 13)


loading...
loading...

Redaktorun seçimi