Alpinistlərin axtarışına fasilə verildi

Hit: 694
Alpinistlərin axtarışına fasilə verildi

Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hava şəraiti ilə əlaqədar bugünlük dayandırılıb.

Faktor.az-ın məlumatına görə, Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin alpinisti Sima Səfərova azvision.az-a bildirib ki, axtarışlar zamanı itkin düşən alpinistlərin hərəkət marşrutu üzrə izlər aşkar edilib.

"Həmin yerə baxış keçirilib, məlum olub ki, müəyyən yerdən sonra izlər itib. Hava şəraiti ilə əlaqədar bugünlük axtarışlar dayandırılıb. Sabahdan axtarışlar davam etdiriləcək" - S.Səfərova bildirib.

Faktor.az









Redaktorun seçimi