Aytən Cavanşir oxucularla görüşəcək

Hit: 817
Aytən Cavanşir oxucularla görüşəcək

24 Dekabr saat 15:00-da “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası çərçivəsində Aytən Cavanşirin oxucularla görüşü təşkil olunacaq.

A24.az xəbər verir ki, “Qanun” nəşriyyatının stendində baş tutacaq tədbirdə “Ayaqlarım üşüyürdü”, “Pərdələri çəkin” kitabları ilə yanaşı, yazıçının tərcümə müəllifi olduğu “Tikanlıqda şərqi deyənlər” romanı da (endirimlə) təqdim olunacaq.

“Vəkil” romanının da müəllifi olan yazıçı yarmarkada kitabların satışına yer verilməsini alqışlayıb. Aytən Cavanşir hazırda yeni romanı üzərində işlədiyini də vurğulayıb.









Redaktorun seçimi