Yeni biznes - səyyar şaxta baba, qar qız və musiqiçilər - VİDEO

419 dəfə oxunub
Yeni biznes - səyyar şaxta baba, qar qız və musiqiçilər - VİDEO

Yeni ilin yaxınlaşması bu sahədə bir çox bizneslərin fəallaşmasına səbəb olub. Məsələn bir qrup gənc evlərdə yeni il şənliklərinin təşkili ilə məşğuldur. Təşkilatçılar fərqli proqramla fəaliyyət göstərdiklərini iddia edirlər. Belə ki onlar şaxta baba, qar qız kimi səyyar xidmətlər göstərir. Qiymətlərə gəlincə isə əhalinin hər təbəqəsini nəzərə aldıqlarını deyirlər.

Faktor.az xezerxeber-ə istinadən bildirir ki, Təqvim ilinin yenilənməsinə hələ 10 gündən artıq vaxt qalmasına baxmayaraq, onları indidən sifariş edənlər var. Fərqli proqramla çıxış edən bu kollektiv evlərə və şənliklərə müxtəlif qiymətlərlə gedirlər.

Bu kollektiv uşaqlarla oyunlar keçirir, onlara bayram abu havası təqdim edir. Musiqiçiləri sə hər zövqə uyğun canlı mahnılar ifa edirlər.

Evlərlə yanaşı həm də restoranlarda, ofislərdə, məktəblərdə və digər məkanlarda keçirilən yeni il şənliklərinə də dəvət alırlar.

İstəyə uyğun olaraq bayram günlərində kloun və ya hansısa cizgi filmi personajını da evinizə sifariş edə bilərsiniz. Bundan başqa övladlarınıza bayram hədiyyələrinizi də yeni il qəhrəmanları fərqli üsullarla təqdim edə bilərlər.


loading...
loading...

Redaktorun seçimi