"İncəsənət sosial inkişafda vasitə kimi" layihəsi çərçivəsində - təqdimat mərasimi

Hit: 652
"İncəsənət sosial inkişafda vasitə kimi" layihəsi çərçivəsində - təqdimat mərasimi

“Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində gənclərin sosial mövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi Hyatt Regency otelində baş tutub. 

İctimaiyyət üçün açıq olan təqdimat mərasimində “İnkişaf zamanı” proqramının tərəfdaşları, təlimçiləri, iştirakçıları, mentorları və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, İnkişaf Zamanı proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihənin başlıca məqsədi social məsələlərin həllində incəsənt vasitələrindən istifadə edilməsinin təşviqidir.

Açılışda qonaqları salamlayan “İnkişaf Zamanı” proqramının əlaqələndiricisi Nailə İsmayılova iştirakçılara proqram haqqında ətraflı məlumat verib və gənclərin həyata keçirdiyi sosial təşəbbüslərin əhatə dairəsindən danışıb.

Proqram iştirakçılarını salamlayan Almaniyanın Azərbaycandakı səfirinin müşaviri xanımTereza Şönefeld gənclərin sosial məsələlərin işıqlandırılmasında fəal iştirakının əhəmiyyətindən danışdı və qeyd etdi ki, bu həm gənclərin, həm də ölkənin inkişafında əhəmiyyətli məqamdır. Proqramın Azərbaycanda tərəfdaşı, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev çıxışında gənclərin toxunduğu məsələlərin ölkə üçün əhəmiyyətli olduğunu vurğuladı.

Qeyd etdi ki, bəzi layihələrin iştirakında o özü də könüllü olaraq iştirak edib: “Mən böyük məmnuniyyətlə “Yeni başlanğıc” layihəsinin icrası prosesinə qoşuldum və layihə komandasi ilə birlikdə bir neçə cəzaçəkmə müəssisəsində oldum. Hesab edirəm ki, məhbusların cəmiyyətə inteqrasiyasında bu layihə əhəmiyyətli təşəbbüsdür və biz gələcəkdə də bu ideyanı dəstəkləməyə hazırıq”.

Daha sonra proqram iştirakçıları həyata keçirdikləri sosial təşəbbüsləri incəsənət nümunələrindən istifadə etməklə tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 

Qeyd edək ki, “İncəsənət Sosial İnkişafda vasitə kimi” layihə çərçivəsində gənclərdən ibarət 7 komanda işləyib və komandalar bir sıra sosial məsələlər, o cümlədən ekoloji, sosial bəraəbrsizlik, fiziki məhdudiyyət olan insanların cəmiyyətə inteqrasiyası, anti-korrupsiya mədəniyyətinin formalaşması, gənclərin peşə seçimi və s. Mövzularda tədbirlər keçirib, mövzuya dair sosial-çarxlar hazırlayıblar.

Təşəbbüslər Bakı da daxil olmaqla Azərbaycanın bir sıra rayon və şəhərlərində keçirilib. Sonda isə iştirakçılar diplomlarla təltif olunub.

Tədbir xatirə fotosu ilə yekunlaşıb.

FAKTOR.AZ









Redaktorun seçimi