““Avropa azərbaycanlıları”qrupu effektiv fəaliyyət göstərir”

Hit: 1214
““Avropa azərbaycanlıları”qrupu effektiv fəaliyyət göstərir”

Bu gün özündə 20 min üzvü birləşdirən “Avropa azərbaycanlıları” feysbuk qrupunun yaranmasının 1 ili tamam olur.

Qrupun rəhbəri Emil Əliyev qısa zamanda uğurlu işin əsasını qoyub. Bu sözləri diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk “Avropa azərbaycanlıları” feysbuk qrupun yaranmasının bir ilinin tamam olması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Bu gün qrup nəinki Avropada, dünyanın başqa qitələrində yaşayan soydaşlarımız arasında sosial şəbəkə vasitəsilə birliyini gücləndirir. Bu gün qrup uğurla effektiv fəaliyyət göstərir. Qrupla soydaşlarımız bir-birindən xəbər tutur və ünsiyyət qururlar. Soydaşlarımızın uğurlar haqqında maraqlı məlumatlar verilir.

Qrup Ermənistanın işğalçılıq siyasətinə qarşı sistemli mübarizə aparır. Qrupun apardığı effektli təbliğat nəticəsində bu il Ermənistan ordusu tərəfindən öldürülən 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva ilə bağlı Niderlandda Ermənistan səfirliyi qarşısında aksiyanın keçirilməsi qrupun gücündən xəbər verirdi. Qrup daima soydaşlarımızın ümummilli məsələlərdə səfərbər olunmasına diqqət ayırır. Qrupu rəhbərini və fəallarını təbrik edirəm”.









Redaktorun seçimi