Düşüncəsi məhdudiyyətli bütün gənclərə örnək parlaq gənc - Fiziki məhdudiyyətli Orxan Əliyev - VİDEO

Hit: 1157
Düşüncəsi məhdudiyyətli bütün gənclərə örnək parlaq gənc - Fiziki məhdudiyyətli Orxan Əliyev - VİDEO

Həyat hər kəs üçün eyni abzasdan başlamır, eyni səhifədən, hətta eyni kitabdan belə. Dünya böyük kitabxana, bizsə sıra sıra düzülmüş, içində dünya gizləmiş kitablarıq. Hər birimiz başqa ruhu daşıyan cümlələrlə yazılmışıq. Necə qəribədir ki, eyni həriflər birinə xoşbəxtliklər yazır, birinə çətinliklər. "Xoşbəxt ailələr bir birinə bənzəyir, ancaq bədbəxtlərinsə hərəsi bir cür bədbəxtdir"-deyib dahi Tolustoy. 

Bir cümlə olaraq yazılıb, min məna olaraq oxunan bu kəlmə hər kəsə ayrı anlam verir. Kİmisi bədbəxtəm deyib qapısını bağlayır həyata, kimisi savaşır mən bədbəxt deyiləm deyir.

Həyata qapını bağlayınca zaman dururmu? Unudulurmu hər şey? Beyin düşünmürmü? Bütün həyat axıb gederkən sadəcə o axara qapılmaq yaşarkən ölməkdən başqa bir şey deyildir. Bu zaman kitab rəfində tozlanmış, unudulmuş, zamanla içindəki həriflərin belə silindiyi bir kitab olaraq qalırsan.

Savaşınca həyata mən burdayam deyirsən. Məndən aldıqlarını geri ver deyirsən. Həyatda qələbə qazanmaq istəyirsənsə qaç, qaça bilmirsənsə addımla, addımlaya bilmirsənsə sürün, ancag bir şəkildə həyatını davam etdir. Çünki sənin həyatla verdiyin savaş kitabının dəyərli cümlələridir ki, hər kəsin sevə-sevə oxuduğu bir roman olursan. Tozlanmayan, unudulmayan, silinən sətirləri təkrar-təkrar yazılan kitab...

Fiziki məhdudiyyətli, 28 yaşlı Orxan Əliyev kimi. Anadan gəlmə Serebral iflici olan bu gəncin həyatla verdiyi savaşda qazandığı qələbələri, aldığı mükafatları saysaq da bitməz.  Məhdudiyyətin fiziki deyil, düşüncəvi olduğunu isbat edən mərd Azərbaycan gənci. Onun həyat hekayəsini öz dilindən dinləyək:

Pərvin Abgül









Redaktorun seçimi