Azərbaycanlı məşhur transseksual - "Dubaya gedirəm, orada yaxşı qazancım olur"

Hit: 11769
Azərbaycanlı məşhur transseksual - "Dubaya gedirəm, orada yaxşı qazancım olur"

Azərbaycanlı məşhur trans Darina Habibi öz həyat hekayəsini bölüşüb.

GoldNews.az xəbər verir ki, məşhur vizajistin BBC-yə verdiyini müsahibədən bir hissəni sizə təqdim edir.

Müsahibimin 28 yaşı var və o, transgenderdir. Həyatının hekayəsini danışmağa razılaşır, amma dönə-dönə deyir: "Bax a, mən ölkəmi təhqir etmək və ya alçaltmaq niyyətində deyiləm".

"Uşaqlıqda rayonda yaşayırdıq. Atam yox idi. Elə uşaq vaxtından davranışım qohumları qıcıqlandırırdı. Dayım hətta dedi ki, get, ananla birgə samandan özünüzə dörd divar tikin, üstünü örtün, qalın orada.

Heç gözü yox idi məni görməyə. Saçım bir az uzanan kimi gəlib tez telimi kəsirdi, qışqırırdı üstümə: "Bu nə görünüşdür? Özünü kişi kimi apar!"

Sonda dözmədim. Qohum-əqraba da məni lap boğaza yığmışdı, görməyə gözləri yox idi. Məcbur oldum qaçım rayondan.

2006-da Bakıya gəldim. Yaşamağa yerim yox idi, bir-iki gecə parkda skamyanın üstündə yatdım. Nə edəcəyimi bilmirdim. Rayonda yaşayanda gözəllik işlərinə meylim var idi. Qəşəng saç düzümü yığırdım. Bakıda da başladım gözəllik salonlarını gəzməyə. Bəziləri elə bilirdi ki, "bomj" gəlib, o, nə bacarar?

Bir salonun sahibəsi yaxşı qadın idi, qovalamadı məni. İcazə verdi bacarığımı göstərim. Soruşdu, fen və digər avadanlığım varmı? Dedim ki, pulum ancaq xırda cihaz və saç üçün lak almağa çatır, bir mənə icazə versin küncdə oturum, başqa ustalar məşğul olanda mən saç düzümü yığaram, heç kimin çörək pulunu almayacam. Kimdən fen, kimdən dəsmal borc alaram. Elə-elə, yavaş-yavaş usta oldum. O vaxtlar anam da Bakıya gəldi, xəstəxanaya xadimə işinə düzəldi. Baxmayın, beləyəm, çətinliklərim çoxdur. Təsəvvür edin, kirayə ev tuta bilmirəm. Anamın adına müqavilə bağlatdırıram. Özüm haqqında da yalan deməyə məcburam.

Deyirəm : "İyirmi beş yaşım tamam olub, sənədimi gərək dəyişim, amma qeydiyyatım rayondadır, siz allah, anamın adına yazın". Bəs nə edim, məni qadın görüb kişi sənədimi görəndə, kim mənə ev verər? Deyərlər, əxlaqsızlıq yuvası açırsan. Bir ara gözəllik salonu açdım. Köhnə Sovetskidə idi. Müştərilərim də anamın xəstəxanasında işləyən bütün işçilər idi - həkimlərdən tutmuş, sanitarlara kimi. İşlərim yaxşı gedirdi, həvəslə işləyirdim. Amma imkan vermədilər. Bir gün gəldim, salonun şüşəsində "Petux " yazmışdılar, sildim. Bir sildim, iki sildim. Sonra məhlədəki uşaqlar adət elədilər mən işləyən vaxt qapını açıb nalayiq sözlər qışqırıb qaçırdılar. Axı ayıbdır, mənim yanıma həkimlər, müəllimələr gəlirdi. Sonra uçastkovı (sahə rəisi) məni yanına çağırıb dedi: "Eşitmişəm, əxlaqsızlıq yuvası açmısan məhəllədə?"

Dedim, rəis, nə danışırsınız? Məgər mən o qədər qudurmuşam, bura o qədər yiyəsiz ölkədir ki? Salondur, verin işlədim.

İndi Bakıda fahişəliklə məşğul deyiləm. Arabir gedirəm Dubaya, orada yaxşı qazancım olur, bir neçə aya çatır. Həm də ki, hərdən saç ustası kimi də məni evlərə çağırırlar.









Redaktorun seçimi