“Fərqli görürsən, fərqli deyilik” - Şəmkirdə maraqlı təlim keçirilib - FOTOLAR

Hit: 1076
“Fərqli görürsən, fərqli deyilik” - Şəmkirdə maraqlı təlim keçirilib - FOTOLAR

Şəmkirli gənc yazıçı, şairə xanım Mətanət Quliyeva maraqlı təlimlə yadda qalıb.

Belə ki, “Böyük Yol” Gənclər İctimai Birliyi, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və Mətin Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Fərqli görürsən, fərqli deyilik” təlim seminar keçirilib.

Təlim seminarda Şəmkir rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov, Zəka Gənclər Mərkəzinin direktoru Ramin Cəfərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri, uşaq birliklərinin rəhbərləri, psixoloqlar və aktiv şagirdlər iştirak edib.

Təlim-seminarın əsas məqsədi əlilliyi olan insanlara qarşı düzgün fikirlərin formalaşmasına dəstək göstərmək, əlilliyi olan insanla cəmiyyət arasında olan boşluğu və uçurumu aradan qaldırmaq, əslində hər bir insanın bərabər hüquqlu olduğunu göstərmək və əlilliyin heç də qlobal fərq olmadığını anlatmaqdır.

Qeyd edək ki, Şəmkirdə bu cür təlimlər mütəmadi olaraq keçirilir.

Faktor.az

1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi