Mütəxəssislər xəbərdarlıq edir: - Nəqliyyatda yaşlılara yer verməyin

Hit: 779
Mütəxəssislər xəbərdarlıq edir: - Nəqliyyatda yaşlılara yer verməyin

İctimai nəqliyyatda yaşlılara yer verilməməsi lazım olduğunu müdafiə edən ekspertlər bildiri ki, yaşlılara yer verərkən iki dəfə düşünmək lazımdır. Çünki ayaqüstə qalmaq onlar üçün məşqdir deyib.

Yaşlılara ictimai nəqliyyatda  yer verilməməsi lazım olduğunu qeyd edən mütəxəssislər bildirirlər ki, ayaqüstə dayanmaq onları idmana təşfiq edir.Mütəxəssislər nizamlı idman növünün 10 yaş cavanlaşdığını bildiriblər.
Ayaqda durmağa təşviq edilməlidir

Oksford Universitetindən bir professor yaşlı insanların oturmaq əvəzinə ayaqda durmağa təşviq edilməsinin bədən sağlamlıqları üçün daha yaxşı olduğunu bildirib.

İngiltərənin Xalq Səhiyyə Klinik Müşaviri Ser Muir Qrey yaşlıların gündə 10 dəqiqə yeriməyə cəhd etməsini qeyd edərkən yaxınlarına liftə minmək əvəzinə onlara pilləkən çıxmağı tövsiyə edir.

İngiltərənin "The Sun" qəzetinə müsahibə verən Qrey "Yaş artdıqca sabitliyi deyil, fiziki fəallığı artırmalıyıq. Ailənizdə olan yaşlıları liftə minməyə deyil, pilləkən çıxmağa təşviq edin",-söyləyib. Qrey sözlərini belə davam etdirib: "Metro, ya da avtobusda yaşlı birinə yer verərkən iki dəfə düşünün. Ayaqda qalmaq onlar üçün möcüzə bir məşqdir".(goldnews.az)

"The British Medical Journalde" (İngilis Tibb Jurnalı) nəşr olunan yeni bir məqalədə, "Yaşlı insanları fəal tutmağa sövq edəcək hər cür kütləvi səy, onların daha müstəqil formada yaşamalarına və sosial xidmətlərə daha az ehtiyac duymalarına kömək edəcək" deyilib.

Məqaləyə mövzu olan hesabatda gücün itirilməsinin qocalığın nəticəsi olaraq görüldüyü, ancaq bunun tam əksinin etibarlı olduğu bildirilib. Araşdırmalar nəticəsində məlum olub ki, orta yaşlı və yaşlı insanların mütəmadi olaraq fiziki məşqlərlə məşğul olması ən az 10 yaş cavanlaşdırır. 









Redaktorun seçimi