Ölkəmizdə ər nədir bilməyən 2900 qızcığaza görə - Kimsə cəza alıbmı?

Hit: 1683
Ölkəmizdə  ər nədir bilməyən 2900 qızcığaza görə - Kimsə cəza alıbmı?

Statistika Komitəsinin yaydığı açıqlamaya görə 2016-cı ildə 2809 uşaq nikah yaşına çatmamış xanımlar tərəfindən dünyaya gətirilib.

Onun da 1875-i kənd yerlərinin, geridə qalan 934-ü isə şəhərin payına düşür. Dəhşətli faktdır. 2809 qızcığaz hələ sevgi nədir, ər nədir bilmədiyi vaxtda valideynləri tərəfdən məcburi evləndirilib. H. Z. Tağıyev demişkən, 2809 ailə məhv edilib. Ən acınacaqlısı odur ki, bu qədər ciddi qanun pozuntusuna qarşı heç kim cəzalandırılmayıb. Bəs bu hallar hansı səbəbdən baş verir? Bu tərz qanun pozuntularının və insanlıq cinayətlərinin qarşısını necə almaq olar? Fikir verdizsə bu hallar kənddə şəhərdəkindən iki dəfə çox olur. Sizi əmin edirəm ki, şəhərin payına düşənlərin də üçdə ikisi rayonlardan şəhərə köçən ailələrin övladlarıdır. Ya da gəlin kənddən şəhərə köçüb (daha çox şəhərdəki qohumu ilə evlənib). Rayonlarda qızların erkən yaşda evlənməsi adi haldır. Əgər qız bir il gec evlənsə dərhal cəmiyyətdə o qızın 'evdə qaldığı' söhbəti edilir. Bunu istəməyən valideyn də qızını daha çox ilk elçi gələn insana verir. Evləndirmir ha, verir.

Çünki evləndirəndə qızın fikri önəmli olur. İkinci səbəb isə maddi vəziyyətdir. Kənddə orta təbəqəyə aid çox az adam taparsınız. Kasıb ata qızını oxutmaq istəsə belə maddiyyatsızlıqdan nə düzgün hazırlaşdırılmasını təçin edə bilir,nə də ali məktəbdə oxuda bilir. Bu halda qız uşağı artıq valideynə 'yük' sayılır. Borc-xərclə toyunu edib qızını gəlin köçürür. Mən hətta elə ailə tanıyıraç ki, qızları nişanlı olub, toy etməyə pulları olmadığı üçün ailələr razılaşıb və oğlan qızı qaçırıb. Bu cür evliliklərin bir səbəbi də oğlanın ali təhsilli qız istəməməsidir. Ali təhsil alan oğlan şəhər qızlarının öz hüquqlarını tələb etdiyini görüb bunu 'həyasızlıq' kimi qələmə verir və o cür qızlarla evlənmək istəmir. 'Qız nədir yoldaşına söz demək nədir?' fikri ilə ali təhsilsiz, hər dedikləeimi edəcək, döysələr belə səsini çıxarmayacaq qızla evlənməyə can atırlar və beləliklə körpə yaşlı qızlarla evlənirlər. Həmin insanlar sadəcə öz gücsüzlüklərini nümayiş etdirirlər.

Bəs necə etməli? Qanun pozuntusu (ümumi mənada) əhalinim sayına nisbətdə götürdükdə kənddə daha çox baş verir. Səbəb hampaçılıqdır. Hamı bir-birini tanıyır deyə 'adi' qanun pozuntularına göz yumur. Sabah üz-üzə gəldikdə şikayət etdiyim insanın üzünə necə baxacağam düşüncəsi ilə xırda, amma böyük qanun pozuntularına zəmin hazılayan pozuntulara göz yumurlar. Nikahı qıyan dövlət məmuru da tanış olduğu üçün o da 'özünü pis etmək' istəmir. Bunların baş verməməsi üçün bu hallarda edilən şikayətlərin onların, xüsusilə gələcəklərinin ziyanına deyil xeyrinə olduğu haqda maarifləndirilmə edilməlidir. Həmçinin qız uşaqlarının oxumasının vacibliyi valideynlərə izah edilməli, erkən evliliyin hazırkı və gələcək ziyanları faktlarla valideynlərə göstərilməlidir.

Rəhim İmranov









Redaktorun seçimi