Ramil Usubov yeni polis rəisi təyin etdi

Hit: 866
Ramil Usubov yeni polis rəisi təyin etdi

Göygöl rayonuna yeni polis rəisi təyin olunub.

Faktor.az bildirir ki, Göygöl Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Mirnemət Mirbabayev Göygöl  rayon Polis Şöbəsinə rəis təyin edilib.

M.Mirbabayev bundan əvvəl Quba rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd  edək ki, Göygöl rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi Bahadur Şükürov Bakı şəhər Xətai rayon Polis İdarəsini istintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 









Redaktorun seçimi