Medianın bir nömrəli hədəfi hansı dövlət şirkətidir? - MONİTORİNQ

Hit: 561
Medianın bir nömrəli hədəfi hansı dövlət şirkətidir? - MONİTORİNQ

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7822 xəbər yerləşdirilib. Bunlardan 4-ü mənfi, 985-i müsbət və 6833-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər Dövlət Gömrük Komitəsinə (4 xəbər –komitəyə ittiham, Səfər Mehdiyevdən şikayət) məxsusdur. Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (912 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (69 xəbər – dini materialların qanunsuz yayılmasının qarşısı alınması) və Dövlət Statistika Komitəsinə (4 xəbər – beynəlxalq uyğunluq sertifikatına layiq görülməsi) aiddir.

Xəbər sayına görə sıralama:

 

1 Dövlət Gömrük Komitəsi 2436 xəbər
2 Dövlət Statistika Komitəsi 1627 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 892 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 828 xəbər
5 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 597 xəbər
6 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 558 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 367 xəbər
8 Diasporla İş üzrə Dövlət Komitəsi 298 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 213 xəbər
10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 7 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1258 xəbər dərc edilib. Bu xəbərlərdən 1176-sı neytral,  82-si müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (78 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması və komitə sədrinin mükafata layiq görülməsi), Dövlət Statistika Komitəsi (3 xəbər – komitə sədrinin uyğunluq sertifikatının ilk mükafatçısı olması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (1 xəbər – lisenziyasız satışa çıxarılan dini ədəbiyyat aşkarlanması) məxsusdur. Aprel ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.

 

Xəbər sayına görə sıralama:

 

1 Dövlət Gömrük Komitəsi 271 xəbər
2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 230 xəbər
3 Dövlət Statistika Komitəsi 195 xəbər
4 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 157 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 138 xəbər
6 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 114 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70 xəbər
8 Diasporla İş üzrə Dövlət Komitəsi 62 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 21 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 3 xəbər

 

 

Aprel ayında televiziya kanallarında komitələr haqqında 499 xəbər göstərilib.

 

Xəbər sayına görə sıralama:

 

1 Dövlət Gömrük Komitəsi 183 xəbər
2 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 111 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 95 xəbər
4 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 46 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 35 xəbər
6 Dövlət Statistika Komitəsi 14 xəbər
7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 10 xəbər
8 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 xəbər
 

 









Redaktorun seçimi