Sözünü, əməli təkzib edir: - Qadağan olsa da, uşaqlara siqaret satılır - VİDEO

Hit: 684
Sözünü, əməli təkzib edir: - Qadağan olsa da, uşaqlara siqaret satılır - VİDEO

Qanunvericiliyə əsasən 18 yaşına çatmayan şəxslərə siqarət və spirtli içkinin satılması qadağan edilsədə bəzi mağazalar bu qadağaya əməl etmir.

Xəzər TV əməkdaşının bu mövzu ilə bağlı bir eksperiment təşkil edib və mağazalarda, az yaşılalara rahatlıqla siqaret satıldığına şahid olublar. Halbuki, belə sahibkarlar cərimi oluna, hətta həbs edilə bilər.

Azyaşlılara siqarət və spirtli içkinin satılması qanunla qadağan olsa da bəzi mağazalar buna məhəl qoymur. Keçirdiyimiz eksperimentə əsasən xüsusi kiçik mağazalar pul qazanmaq üçün yaşından asılı olmayaraq istənilən şəxsə siqarət satırlar. Elə bu balaca kimi.

8 yaşlı uşaqa siqarət satan market sahibi isə özünü müdafiə etməyə çalışır.

Bu görüntülərdən aydın olur ki, istənilən az yaşlı mağzalardan rahatlıqla siqarət və spirtli içki ala bilir.

Hüquqşünas Xaliq Bəşər bildirir ki, həm Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, həm də yerli qanunvericiliyə əsasən bu hal qadağandır. 18 yaşına çatmayan şəxsə siqarət və spirtli içki satan mağaza sahibi 100 manat cərimələnə, hətta həbs də edilə bilər.

Hüquqşünas bildirir ki, sözügedən cərimlərin artırılması gündəmdədir. Milli Məclisə təqdim edilən layihəyə əsasən pul cəriməsinin 100 manatdan 1000 manata , həbs müddətinin isə 15 gündən 1 aya qədər uzadılması təklif edilir. 

Faktor.az









Redaktorun seçimi