Azərbaycanda 102 yaşlı nənə iynəni özü saplayır - Bura Vətəndir! - VİDEO

Hit: 902
Azərbaycanda 102 yaşlı nənə iynəni özü saplayır - Bura Vətəndir! - VİDEO

Lider Tv -də yayımlanan “Amil Xəlil ilə Bura Vətəndir!” verilişi bu dəfə Zərdabda qonaq olub.

Faktor.az xəbər verir ki, verilişdə Zərdab rayonunun tarixindən tutmuş, mədəniyyətinə, mətbəxinə, gəzməli-görməli yerlərinə qədər hər şey haqqında jurnalist bir-bir məlumat verib.

Zərdab rayonunu digər rayonlardan fərqləndirən cəhətlərdən danışılıb. Bir sözlə jurnalist tamaşaçılarını qiyabi olaraq Zərdabla tanış edib.

Zərdabda pambıqçılıq, ipəkçilik, Kür çayı ətrafında yeni tikilən istirahət mərkəzləri,  mədəniyyət evləri, səhiyyə ocaqları bir-bir ziyarət edilərək tamaşaçılara göstərilib.

Jurnalist Zərdab rayonunda 102 yaşlı Nərgiz nənənin qonağı olub. Nərgiz nənə 1 əsrdən çox yaşamasına baxmayaraq iynəni heç kəsin köməyi olmadan özü saplayır. Nənənin əl işləri də məşhurdur.

Xatırladaq ki, veriliş hər bazar saat 14:00 da Lider Tv-də yayımlanır. Verilişin aparıcısı isə Amil Xəlildir.

Jurnalist respublikanın bölgələrini bir-bir gəzərək bölgələrimizi  tamaşaçılara tanıdır.

Verilişin tam videosunu təqdim edirik: 

Faktor.az









Redaktorun seçimi