Bakıda pulsuz "Wi-Fi" olacaq - ÜNVANLAR

Hit: 535
Bakıda pulsuz "Wi-Fi" olacaq - ÜNVANLAR

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakıda "Ağ şəhər" ərazisində də pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini genişləndirir.

Faktor.az bildirir ki, bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz "Wi-Fi" xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.









Redaktorun seçimi