Heydər Əliyev və iqtisadi islahatlar

Hit: 1413
Heydər Əliyev və iqtisadi islahatlar

Sovet imperiyası dağıldıqdan sonra keçmiş ittifaq ölkələri iqtisadi böhran yaşayırdı. Təbii ki, bu dalğa Azərbaycandan da yan keçə bilməzdi. Azərbaycan da digər MDB ölkələri kimi çətin durumda idi və ölkədə baş verən hərc mərclik, eyni zamanda Ermənistanla müharibə durumui daha da ağırlaşdırırdı. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, siyasi çaxnaşma ümidsizlik yaratmışdı.

Bütün bunlar isə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra öz həllini tapmağa başladı. 

Tez bir zamanda iqtisadi islahatlara start verən Heydər Əliyev xarici investorlaırn ölkəyə cəlb edilməsi üçün ciddi səy göstərirdi.

Ölkədə çevik qərarların qəbul edilməsi zəruri idi və Heydər Əliyev iqtisadiyyatın yüksəlməsi üçün gərəkən addımlar atdı.

İslahatlara başlanıldı, qanunvericilikdə əhəmiyyətli dəyişikliklər edildi. Bununla da islahatlar üçün hüquqi baza yaradıldı. Bundan sonra isə özəlləşdirilmə həyata keçirildi. Dövlət obyektləri özəlləşdiriləndən sonra həm  dövlət büdcəsinə vəsait daxil oldu, həm də özəl sektor inkişaf etməyə başladı.

Ciddi keyfiyyət dəyişiklikləri...

Xatırladaq ki, 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya respublikamızda siyasi-iqtisadi islahatların həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Həmin dövrdə “Sahibkarlıq haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Maliyyə sənaye qrupları haqqında” qanunların  qəbul edilməsi, eyni zamanda Azərbaycanın iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər azad bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına təkan vermiş, maliyyə, pul-kredit, büdcə, vergi, gömrük sahəsində dövlət siyasətinin səmərəliliyini artırdı.

Ölkəmizin hərtərəfli inkişafına mühüm təsir göstərən amillərdən biri azad biznesin, əlverişli investisiya mühitinin və milli sahibkarlıq sinfinin formalaşdırılması idi. 1995-ci ildən başlayaraq dövlətin tabeçiliyində olan torpaq mülkiyyətinin kəndlilərə verilməsi, dövlətə məxsus mühüm strateji obyektlərin, əmlakın özəlləşdirilməsi ilə liberal bazar iqtisadiyyatının formalaşması başlanmış və milli sahibkarlıq institutunun əsasları qoyuldu. Nəticədə iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi, azad biznesin iqtisadiyyatda rolu artdı.

 Ölkəmizdə yürüdülən iqtisadi siyasətin başlıca istiqamətlərindən biri iqtisadiyyatın  inkişafında regionların sosial-iqtisadi imkanlarından hərtərəfli şəkildə istifadə olunması, bölgələrdə sahibkarlığa dövlət qayğısının artırılması, iş adamlarının fəaliyyəti üçün şərait yaradılması və sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması olub. Bu siyasətin nəticəsi olaraq bölgələrdə işgüzar fəallıq yüksəlib, sahibkarlıq subyektlərinin sayı artıb, yeni müəssisələr istifadəyə verilib.

Sosial vəziyyətinin yaxşılaşdırılması və  dövlət siyasəti

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə hesab eidr ki, ulu öndər bütün fəaliyyəti dövründə - istər 1970-ci illərdə, istərsə də ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edib. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev neft müqavilələrini imzaladı: “Lakin  o müqavilələr imzalanana qədər Azərbaycanın maliyyə vəsaitləri yox idi, yoxsulluq hökm sürürdü, pul gəlirləri azalmağa meyil edirdi, işsizlik artıq yüksək həddə çatmışdı. Neft müqavilələri imzalandı, neftin ixracından daxil olan gəlirlərin bir hisəssi ölkənin sosial-iqtisadi inkişafına yönəldildi. Yeni müəssisələr açıldı, ölkədə xarici, daxili investisiyalar  hesabına əmək haqları, real gəlirlər artırıldı. Əhalinin istehlak quruluşu təkmilləşdirildi. Məsələn, 2000-ci ildə ölkədə yoxsulluğun səviyyəsi əlli faizdən çox idi. Bunu nəzərə alaraq 2001-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında yoxsulluq proqramının hazırlanmasını müəyyənləşdirdi, sərəncam imzalandı. Bu kimi proqramların reallaşması nəticəsində artıq 2014-cü ildə cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycanda yoxsulluq səviyyəsi artıq beş-altı faizdir.  Bax budur sosial siyasətin həyata keçirilməsi. Əmək pensiyalarının, əmək haqlarının artması... Əmək haqqı, pensiya elə bir göstəricidir ki, həmişə onun artmasına ehtiyac var. Bu gün də əmək haqqının, pensiyanın  artmasına ehtiyac var. Ancaq hər şey baza və imkan ilə müəyyən olunur. İqtisadi inkişaf güclüdürsə, deməli, gəlir, mənfəət artır. Mənfəət artdıqca isə sosial inkişafla bağlı xərclər də artır. Ona görə də Azərbaycan dövlətinin bu gün ən vacib prioritet məsələlərindən biri yoxsulluğun daha da azaldılması istiqamətində tədbirlərin genişlənməsidir.

Azərbaycan dövlətinin bir məqsədi var: sosialyönümlü bazar iqtisadiyyatı qurmaq. Bu bazar iqtisadiyyatını qurmaq üçün iqtisadiyyatımız daha da güclü olmalıdır. İqtisadiyyatımız nə qədər güclü olsa, nə qədər zavodlarımız, fabriklərimiz, müəssisələrimiz işləsə, orta, kiçik sahibkarlıq inkişaf etsə əldə olunan pulların da xeyli hissəsi vergi vasitəsilə büdcəyə gələcək və büdcədən də sosial məsələlərin həyata keçirilməsinə yönəldiləcək.

Aqrar sektorun inkişafı

Təbii ki, Azərbaycan aqrar ölkə sayıldığından bu sektor iqtisadiyyatın önəmli sahələrindən biridir. Təbii ki, kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının güclənməsi üçün önəmli idi. Bu səbəbdən də ümummilli lider aqrar sektora böyük önəm verirdi. O üzdən də bu sahədə ciddi islahatlar aparıldı.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.

Bu gün ümummilli liderin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzibolunmaz nailiyyətlərə yol açdı ki, məhz bu səbəbdən ölkəmizin siyasi iqtisadi tarixində "Heydər Əliyevin torpaq islahatları" modeli qızıl hərflərlə öz əksini tapdı. Aqrar-torpaq islahatı ulu öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər.

Qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar Azərbaycanda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı və Heydər Əliyevin Naxçıvan MR-ə rəhbərlik etdiyi dövrdə bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsinə start verildi. Nəticədə respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinə yararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Həmçinin torpaq islahatları nəticəsində torpaq üzərində 3 mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 milyon 641 min 506 hektar torpaq sahəsindən 4 milyon 913 min 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı, 2 milyon 032 min 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə verildi, 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə xüsusi mülkiyyətə ayrıldı.

Ekspertlər nə düşünürlər?

Heydər Əliyevin aqrar siyasətini, onun apardığı torpaq islahatların önəminin ekspertlər də təsdiq edirlər.

Pofessor Ədalət Muradov olu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Qeyd edib ki, onun bilavasitə rəhbərliyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısamüddətdə özmüsbət nəticəsini göstərib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, professor Eldar İbrahimov ulu öndər Heydər Əliyevin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatların önəmini vurğulayıb. Bildirib ki, bu gün ölkədə aparılan torpaq islahatları ümummilli liderin yaratdığı torpaq islahatı modeli kimi qəbul edilir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə diqqət çəkən komitə sədri qeyd edib ki, ölkədə təməlini ulu öndərin qoyduğu müasir aqrar siyasət Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayə- sində uğurla davam etdirilir. Gələ- cəkdə ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla, respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcək. Çünki bu prosesin bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

İqtisad elmləri doktoru Müslüm İbrahimovAzərbaycanda bu sahənin inkişafında ulu öndərin rolundan danışıb. Bildirib ki, aparılan uğurlu islahatlar nəticəsində ölkədə müstəqil aqrar siyasət formalaşıb. İslahatların ikinci mərhələsində aqrar sənaye kompleksinin yaradılması, istehsalın təmərküzləşməsi haqda məlumat verib.

Elnur Hüseynov

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.









Redaktorun seçimi