Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Hit: 375
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti 31 mart 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.

Faktor.az xəbər verir ki, "Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq: "Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik".









Redaktorun seçimi