Bazarlarda pomidor ucuzlaşdı - VİDEO

Hit: 416
Bazarlarda pomidor ucuzlaşdı - VİDEO

Bazarlarda pomidor ucuzlaşıb.

Bu, həm yerli, həm də xaricdən gətirilən pomidorun qiymətində müşahidə olunur.

Paytaxtın Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr" bazarında pomidorun qiymətində 70 qəpiklə 1 manat 50 qəpik arasında enmə var.

İran və Türkiyədən idxal edilən pomidorların qiymətində də ucuzlaşma müşahidə olnur.

Bəs pomidorun ucuzlaşmasına səbəb nə olub?

Satıcılar ucuzlaşmaya bir müddət əvvəl Azərbaycandan Rusiyaya ixrac edilən 16 ton pomidorun Dağıstanla sərhəddə saxlanılaraq geri qaytarılmasını və bu məhsulların daxili bazara yönləndirilməsinin səbəb olduğunu deyirlər. Bununla yanaşı, bayramdan sonra bazarlarda alıcıların azalmasının da ucuzlaşmaya səbəb olduğu deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsinin mütəxəssisləri Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru saxlayıblar. Malın Rusiyaya buraxılmamasına səbəb məhsulda zərərli Cənubi Amerika tomat güvəsinin aşkar edilməsi göstərilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti isə güvə ilə bağlı iddiaları təsdiqləməyib.

Faktor.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.









Redaktorun seçimi