Saatlar irəli çəkilib? - Diqqətli olun

Hit: 475
Saatlar irəli çəkilib? - Diqqətli olun

Ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunsa da, bu gün səhər saatlarından sosial şəbəkələrdə izləyicilər saatlarının irəli çəkildiyini açıqlayıblar.

Faktor.az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  buna səbəb isə bəzi telefonlarda avtomatik olaraq saatın irəli və ya geri çəkilməsidir.

Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi. Nazirlər Kabineti də "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə" Qərar qəbul edib.









Redaktorun seçimi